Ukrayna Silahlı Qüvvələri dronlarla Moskva bölgəsindəki Dubna Kosmik Rabitə Mərkəzinə hücum edib.
Mərkəzin aid olduğu Kosmik Rabitə təşkilatının açıqlamasına görə, hücum zamanı heç bir işçi zərər görməyib. Həmçinin televiziya yayımı və rabitə xidmətlərində heç bir fasilə olmadığı bildirilib.
Rəsmilər hücumun vurduğu ziyanın aradan qaldırılması üçün işlərin davam etdiyini açıqlayıblar.
1980-ci ildən fəaliyyət göstərən Dubna Kosmik Rabitə Mərkəzi peyk rabitə xətlərinin, eləcə də televiziya və radio yayımı infrastrukturunun idarə olunmasında mühüm rol oynayır.
Tahir TAĞIYEV