Məhkəmənin "mütləq etibarsızlıq" qərarı ilə CHP rəhbərliyinə gələn Kılıçdaroğlu fövqəladə qurultay çağırma tələblərini yerinə yetirməyəcəyi təqdirdə Özgür Özel və komandası tərəfindən qurulacaq yeni partiyanın adının "Yürüyüş" olacağı iddia edilir. Cümhuriyyət Xalq Partiyasında (CHP) Özgür Özel administrasiyası ümumilikdə 1133 nümayəndənin imzasını Baş Qərargaha təqdim etmişdi: imzaları notarial qaydada təsdiqlənmiş 833 nümayəndə və onlara qarşı qadağa səbəbindən qurultay tələblərini ayrıca təqdim edən 170 nümayəndə. "Sözcü" qəzetinin məlumatına görə, CHP lideri Özgür Özelin iyunun 23-də keçiriləcək qrup iclasında partiya rəhbərliyinin ləğv edilməsi ilə bağlı məhkəmə qərarından sonra "ümumi sədr" təyin edilən Kamal Kılıçdaroğluna "partiya qurultayı üçün tarix" tələbi ilə müraciət edəcəyi, "Ya bizə qurultay üçün tarix verin, ya da ayrı yollarla gedək" deyəcəyi bildirilir.
Həmçinin, Özgür Özeli dəstəkləmək üçün Türkiyə Böyük Millət Məclisindəki qrup iclasına sürpriz qonaqların qatılacağı da iddia edilir.
SAMİRƏ