İsveçrənin Bürgenştok şəhərində keçirilən İran-ABŞ danışıqlarının detalları ortaya çıxmağa başlayıb. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, görüşdə dörd işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Onun sözlərinə görə, işçi qrupları tərəflər arasında əsas mübahisə mövzularının həlli və gələcək əməkdaşlıq mexanizmlərinin hazırlanması üçün fəaliyyət göstərəcək. Qəribabadi qeyd edib ki, qruplar sanksiyaların ləğvi, nüvə proqramının tənzimlənməsi, ölkənin bərpası və iqtisadi inkişafı, eləcə də monitorinq məsələləri üzrə işləyəcəklər.
İran rəsmisi vurğulayıb ki, yaradılan mexanizmlər tərəflər arasında əldə olunmuş ilkin razılaşmaların həyata keçirilməsinə və danışıqlar prosesinin davamlılığının təmin edilməsinə xidmət edəcək.
ZÜMRÜD