Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Alman nazir Türkiyədə şərt qoydu - yanvara kimi Rusiya qazından imtina olunmalıdır...

Image


Abutalıb Səmədov: "Türkiyə heç vaxt rus qazından imtina etməyəcək"

Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya səfəri zamanı bildirib ki, Avropa İttifaqı gələcəkdə Türkiyənin iştirakı ilə bağlanacaq enerji sazişlərində Rusiyadan gələn qazın istifadə olunmamasında israr edəcək. Onun sözlərinə görə, Türkiyə Aİ-nin Rusiya enerji resurslarından asılılığı azaltmaq siyasətini anlayır və bu mövqeyi qəbul edir.

Rayxe Türkiyənin energetika naziri Alparslan Bayraktarla görüşündə Türkiyənin Avropa üçün mühüm ticarət və strateji tərəfdaşı olduğunu vurğulayıb. Türkiyə hazırda Rusiyadan böyük həcmdə qaz alan ölkələrdən biridir və mövcud müqavilələrin müddəti başa çatdığı üçün yeni qaz sazişləri üzrə danışıqlar aparır. Eyni zamanda ölkə regional qaz mərkəzinə çevrilməyi hədəfləyir.

Almaniya tərəfi Aİ-nin Rusiya enerji daşıyıcılarından imtina etmək niyyətində qəti olduğunu bildirsə də, türk rəsmiləri Rusiyadan alınan qazın qısa müddətdə tam əvəz edilməsinin həm iqtisadi, həm də texniki baxımdan mümkün olmadığını qeyd ediblər. Bundan əlavə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra Türkiyənin neft emalı zavodlarının İraq və Qazaxıstandan daha çox neft almağa başladığı bildirilir.

Aİ 2027-ci ilin sonuna qədər kəmərlə ötürülən rus qazından, həmin ilin sonuna qədər isə LNG qazından imtina etməyi planlaşdırır. Hazırda Aİ Rusiyanın kəmər qazını Türkiyə üzərindən "Türk axını" kəməri vasitəsilə alır. Bu kəmərin ötürücülük gücü ildə 15-17 milyard kubmetrdir. İndi Avropa açıq şəkildə deyir ki, Türkiyə bundan imtina etməlidir - Avropanın rus qazı asılılığından azad olmaq strategiyasına Türkiyə hörmətlə yanaşmalıdır. Türkiyənin Rusiya ilə qaz ticarəti müqaviləsinin vaxtı bitir, deməli, Ankaranın ilin sonuna qədər vaxtı var. Türkiyə bu müqavilələri uzatsa və ya dayandırsa, nə baş verəcək?

Avropa siyasi məsələlərdə Rusiyaya qarşı Türkiyənin ondan fərqli münasibət sərgiləməsinə dözdü, amma görünür, iqtisadi məsələlərdə buna dözmək istəmir. Türkiyə Rusiya-Ukrayna müharibəsinə Avropadan fərqli münasibət sərgilədi. Yəni o həm Ukrayna, həm də Rusiya ilə münasibətlərini davam etdirdi, bu isə Avropanın ürəyincə deyil. Amma indi iqtisadi məsələlərdə Avropa Türkiyəni sıxır, Almaniyanın iqtisadiyyat naziri Ankarada açıq şəkildə deyir ki, siz Rusiyadan qaz almağı dayandırmalısınız.

İndi sual budur: Türkiyə rus qazından imtina etsə, onun alternativ qaz təchizatı hansı mənbələr hesabına kompensasiya edilə bilər? Ankara qaz almağı dayandırsa, bu, Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək? Yəni Avropa konkret olaraq Türkiyə ilə Rusiyanın münasibətlərini pozmaq istəyir, bu açıq görünür. Belə olan halda perspektivdə nələri gözləmək olar?

Avropa Birliyi 2027-ci ilin yanvarından etibarən Rusiyadan boru kəmərləri vasitəsilə qaz almağı dayandıracaq, həmin ilin sentyabrından isə maye qazın (LNG) idxalına da son qoyaraq rus qazından tam imtina etmək niyyətindədir. Bu fonda həm ABŞ, həm də AB Türkiyəyə təzyiq göstərərək onu da Rusiya qazından imtinaya sövq edir.

Bu müharibədə Rusiyanı haqlı sayanlar çox ciddi problemləri olan  adamlardır

Lakin politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, bu, Ankara üçün real ssenari deyil.

Ekspertin sözlərinə görə, Türkiyə buna alternativ bir yol təklif edir: Rusiyadan aldığı qazı öz daxili tələbatı üçün saxlamaq, Azərbaycan, Türkmənistan və Qara dənizdən hasil olunan qazı isə Avropaya ixrac etmək. Səmədov bunu "Avropanın rus qazından dolayı imtinası" kimi dəyərləndirir, amma vurğulayır ki, Türkiyənin özünün Rusiya qazından tam çıxması qeyri-mümkündür.

Politoloq rəqəmlərlə bunu belə izah edir: Türkiyənin illik qaz ehtiyacı təxminən 68 milyard kubmetrdir, əvvəllər bu tələbatın 40 faizini Rusiya qarşılayırdı. Son illərdə bu pay azalsa da, 2025-ci ildə Türkiyə Rusiyadan yenə də 21 milyard kubmetr qaz alıb. Müqayisə üçün, Azərbaycandan 12 milyard, İrandan 7,7 milyard kubmetr qaz idxal edilib, Qara dənizdəki Sakarya yatağı isə tələbatın yalnız 5 faizini ödəyir. ABŞ ilə imzalanmış 20 illik müqaviləyə görə Türkiyə hər il 4 milyard kubmetr LNG almalıdır ki, bu da Rusiyadan alınan həcmi əvəz etməkdən uzaqdır.

Səmədov xəbərdarlıq edir ki, Vaşinqton və Brüsselin təkidlərinə uyaraq Rusiya qazından tamamilə imtina etmək Türkiyənin onsuz da kövrək olan iqtisadiyyatını daha da ağırlaşdıra bilər: "Hazırda vəziyyət stabilləşsə də, kiçik bir yanlış addım Türkiyə iqtisadiyyatını uçuruma yuvarlaya bilər". O, bunu Ərdoğanın illərlə iqtisadi qanunlardan çox dini-ideoloji yanaşmalara əsaslanan siyasətinin ölkəni artıq ağır vəziyyətə salması ilə əlaqələndirir.

Azərbaycanın roluna toxunan ekspert bildirir ki, Abşeron yatağından hasil ediləcək qazla bağlı Türkiyə ilə 15 illik müqavilə imzalanıb və bu sazişə əsasən Ankara 2029-cu ildən başlayaraq hər il 2,5, ümumilikdə isə 33 milyard kubmetr qaz alacaq. Səmədovun fikrincə, Türkiyə bu amildən istifadə edərək Qazpromu daha əlverişli güzəştlərə razı salmaq istəyir və bu məqsədə çatmaq şansı yüksəkdir.

Politoloq Türkiyə-Rusiya münasibətlərinin sabitliyini də xüsusi vurğulayır: hər iki ölkədə uzun illərdir hakimiyyət eyni şəxslərin əlindədir, bu da ABŞ-dakı 4-8 ildən bir dəyişən administrasiyalarla müqayisədə daha proqnozlaşdırıla bilən tərəfdaşlıq formalaşdırıb. O, Bayden dövründə Ankara-Vaşinqton münasibətlərinin gərginləşməsini bu fərqə nümunə kimi göstərir.

Yekunda Səmədov hesab edir ki, Aİ də Türkiyənin iqtisadi vəziyyətinin ağırlığını dərk edir və bu səbəbdən Ankaraya qarşı qoyulan tələbləri yenidən nəzərdən keçirəcək: "Əks halda AB özü də çətin vəziyyətə düşə bilər, çünki Rusiyadan aldığı 50-55 milyard kubmetr qazın bir hissəsini Türkiyə üzərindən alır". Azərbaycanın Avropaya qaz ixracını artırmaq cəhdlərinə baxmayaraq, əlavə mənbə tapmağın çətinliyi göz qabağındadır - bu da, ekspertin fikrincə, Brüsseli daha çevik və konstruktiv mövqeyə sövq edəcək.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 16:10
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ