çərşənbə günü, 25 noyabr 2026
     

Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

Image


Məlum olduğu kimi, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov yaxın zamanlarda Azərbaycana ilk dövlət səfərinə gəlib. Sərdar Berdiməhəmmədov prezident İlham Əliyev ilə ikitərəfli görüşlər keçirib. Səfər çərçivəsində bir sıra sənədlərn, həmçinin dövlət başçıları tərəfindən Birgə Bəyannamənin imzalanması münasibətlərin dinamik inkişaf yolunda olduğunu göstərir. İşğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər də qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Ümumiyyətlə, Azərbaycan və Türkmənistan arasında münasibətlər tarixi, mədəni və siyasi baxımdan dərin köklərə malikdir. Hər iki dövlət türkdilli xalqlar ailəsinə mənsubdur və ortaq etnik mənşə, dil yaxınlığı, dini və mədəni dəyərlər bu əlaqələrin formalaşmasında mühüm rol oynayıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər qurulub, sonrakı illərdə isə bu əlaqələr tədricən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan–Türkmənistan münasibətlərinin əsasını qarşılıqlı hörmət, suverenliyə ehtiram və dostluq prinsipləri təşkil edir. Xüsusilə son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi dialoqu daha da intensivləşdirib. Xüsusən də prezident İlham Əliyevin Türkmənistana işgüzar səfərləri və Türkmənistan rəhbərliyinin Azərbaycana səfərləri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ hesab olunur. Bu görüşlər zamanı regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika layihələri üzrə mühüm razılaşmalar əldə edilir. Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biri enerji sektorudur. Xəzər dənizi regionu hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və burada mövcud olan neft və qaz ehtiyatları əməkdaşlıq üçün geniş imkanlar yaradır. Son illərdə enerji daşıyıcılarının nəqli, ixrac marşrutlarının şaxələndirilməsi və regionda enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm müzakirələr aparılıb. Bununla yanaşı, ticarət əlaqələrinin genişləndirilməsi də prioritet istiqamətlərdən biridir. Hər iki ölkə tranzit potensialını artırmaq, Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarında rolunu gücləndirmək üçün əməkdaşlığı genişləndirir. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən logistik qovşaq kimi çıxış etdiyi halda, Türkmənistan Mərkəzi Asiyanın enerji və ticarət potensialını gücləndirən mühüm aktordur. Karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi, birgə işlənməsi və dünya bazarlarına çıxarılması Bakı–Aşqabad münasibətlərinin strateji istiqamətlərindən birini təşkil edir. 2021-ci ildə Xəzər dənizdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında anlaşma memorandumunun imzalanması əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan Türkmənistanın zəngin enerji resurslarının Qərbə ötürülməsində mühüm tranzit tərəfdaşıdır. Xüsusilə Bakı-Tiflis-Ceyhan neft kəməri kimi nəhəng infrastruktur layihələri Türkmənistan resurslarının dünya bazarına inteqrasiyasında mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə enerji təhlükəsizliyinin gücləndirilməsinə deyil, eyni zamanda, Xəzər regionunda iqtisadi əlaqələrin və regional tərəfdaşlığın inkişafına xidmət edir.

Azərbaycan–Türkmənistan münasibətlərində nəqliyyat və logistika sahəsi xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar iki ölkə arasında əlaqələrin güclənməsinə şərait yaradır. Bakı Beynəlxalq Dəniz Limanı və Türkmənbaşı limanı regionda yük daşımalarının əsas mərkəzləri kimi çıxış edir. Bu infrastruktur layihələri region ölkələrinin qlobal ticarət şəbəkələrinə inteqrasiyasını asanlaşdırır. Eyni zamanda, dəmir yolu və avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq da genişlənir. Orta Dəhliz təşəbbüsü çərçivəsində Azərbaycan və Türkmənistan Avropa–Asiya ticarət axınında mühüm rol oynayan tranzit ölkələr kimi çıxış edir. İki ölkə arasında humanitar və mədəni əlaqələr də dinamik inkişaf edir. Azərbaycan və Türkmənistan xalqlarını birləşdirən ortaq türk mədəniyyəti, ənənələr və tarixi köklər bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Mədəniyyət günləri, tələbə mübadiləsi proqramları, elmi konfranslar və sənət festivalları qarşılıqlı anlaşmanı gücləndirir. Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür.

Xatırladaq ki, 2025-ci il oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Məscidin inşası hazırda sürətlə davam etdirilir. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı və digər regional platformalarda iki ölkə bir-birini dəstəkləyir və ortaq maraqlara əsaslanan siyasət yürüdür. Bu əməkdaşlıq regional sabitliyin və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Xəzər dənizi regionunda təhlükəsizlik, ekologiya və enerji resurslarının idarə olunması məsələləri də ikitərəfli və çoxtərəfli formatlarda müzakirə olunur. Hər iki ölkə Xəzərin hüquqi statusu və resursların ədalətli bölüşdürülməsi məsələsində ortaq mövqe nümayiş etdirir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji və nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi bu münasibətlərin əsas istiqamətlərini təşkil edir. Azərbaycan və Türkmənistanın ortaq maraqlara əsaslanan əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda sabitlik və inkişaf üçün mühüm rol oynamaqda davam edəcək.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ