İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazının idarə olunmasının heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib.
Qalibaf, İranın Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatı üçün açılmasını dəstəklədiyini deyib: "Ümid edirəm ki, boğazı keçidlər baxımından yenidən işlək hala gətirə, regional və qlobal iqtisadiyyata rifah gətirə bilərik".
Buna baxmayaraq, o, Hörmüz boğazının idarə olunmasının heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacağını vurğulayıb: "Əlbəttə ki, beynəlxalq qaydalara əməl olunacaq, lakin İran Hörmüz boğazını idarə edəcək".
Tahir TAĞIYEV