Türkiyənin ana müxalifət partiyasında məlum olaylar yaşanarkən insanların sosial media üzərindən baş verənlərə təpkiləri də davam edir.
Bu dəfə Başqan Mansur Yavaş adlı istifadəçi özünün Facebook səhifəsində dörd nəfərin şəklini paylaşaraq yazır:
“Ergenekon məhkəməsinin prokuroru vardı - Zekeriya Öz, 33 igidimizi şəhid edən Şemdik Sakık və gizli şahidin iftiraları ilə Ilkər Başbuğ və generalları cəza evinə atmışdı.
Şəkildəki bu 4 nəfəri də Zəkəriya Özə bənzədirəm. Niyə? Ona görə ki, eyni iftiralar İmamoğlu və ətrafına atıldı, bu dörd nəfər İmamoğlu günahsızdır deyə bilmədi, Zəkəriya Öz kimi İmamoğlu və ətrafını suçlu elan etdilər”.
Necə deyərlər, “elin gözü tərəzidir”…