Məhkəmə qərarı ilə CHP-nin rəhbərliyinə gətirilən Kemal Kılıçdaroğlu dediyi bir fikirlə özünü çətinə salıb.
Sözcü gazetesinin canlı efirində danışan Kılıçdaroğlu Məclisdə içərisində 250 min dollar olan qara bir paketin aşkarlandığına dair iddiasını yenidən gündəmə gətirib və bununla Malatya millət vəkili Vəli Ağbabanı hədəfə alıb. Üstəlik, bu iddialara dair sübutların olduğunu deyən Kılıçdaroğlu Ağbabanın deyilənlərə etiraz etməməsini onun bu iddiaları qəbul etməsi kimi dəyərləndirib.
İqtidara yaxın Hürriyet qəzetinin yazarı Abdulkadir Selvi Kılıçdaroğlunun bu iddiası ilə bağlı Məclis mənbələrinə müraciət edib, lakin həmin iddialar təsdiqini tapmayıb. A.Selvinin bildirdiyinə görə, sözügedən iddia ilə bağlı binadakı bütün personalın – 45 nəfərin ifadəsi alınıb, 70 kameranın 24 saatlıq görüntüləri ciddi şəkildə izlənilsə də “250 min dollarlıq paket”ə rast gəlinməyib…
SAMİRƏ