Cümə günü, 02 oktyabr 2026
     

Əhali xarici valyutalardan imtina edir

Image


Aparılan hesablamalar son dövrlərdə Azərbaycanda əhalinin xarici valyutaya marağının əhəmiyyətli dərəcədə azaldığını üzə çıxarır. Hər halda, əsas işlək xarici valyutaların alqı-satqısı üzrə statistik məlumatlar da bunu təsdiq edir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən 2021-ci ilin aprel ayı ərzində xarici valyutada aparılan mübadilə əməliyyatlarının həcmi açıqlanıb. Hesabatda ABŞ dolları, ingilis funt sterlinqi, avro və Rusiya rublu üzrə aparılan mübadilə əməliyyatlarının həcmi təqdim edilib. Aprel ayı ərzində banklar tərəfindən 130 milyon 628,3 min ABŞ dollarının alışı həyata keçirilib. Eləcə də, vətəndaşlara 129 milyon 963,8 min dolların satışı təmin edilib. 2020-ci ilin aprel ayı ilə müqayisədə dolların alışı 3,1 dəfə artıb, satışı isə 20,8 faiz azalıb. Bu da o deməkdir ki, əhali əlində olan dolları daha çox həcmdə satmağa başlayıb. Eyni zamanda, əhali tərəfindən banklardan dolların alışı azalıb. Müvafiq dövrdə əhali tərəfindən 543,7 min ingilis funt sterlinqinin alışı həyata keçirilib. Həmçinin, 777 min funt sterlinqin əhaliyə satışı baş tutub. Cari valyuta vahidi üzrə alış həcmi ötən ilə nisbətən 8,1 faiz, satış həcmi isə 2,5 dəfə az olub. Bu, funt sterlinqə dollara nisbətən daha çox maraq olduğunu göstərir. Amma bu valyuta ilə əməliyyatların həcmi olduqca azdır. Aprel ayında banklar tərəfindən 5 milyon 667,4 min avronun alışı baş tutub. Eləcə də, 18 milyon 577,6 min avronun satışı təmin edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 2,8 dəfə, satışı isə üç dəfəyə qədər azalıb. Bu o deməkdir ki, dollarla bərabər avro da əvvəlki kimi əhalini özünə cəlb etmir. Aprel ayı ərzində banklar tərəfindən 1 milyard 264 milyon 842,3 min Rusiya rublunun alışı həyata keçirilib. Bu dövrdə vətəndaşlara 187 milyon 533,9 min rus rublu satılıb. Valyutanın alışı ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz artıb, satışı isə 38,1 faiz azalıb. Qeyd edək ki, aprel ayı ərzində ümumilikdə bütün xarici valyutalara tələb azalıb. Banklar tərəfindən xarici valyutanın cəlb edilməsi prosesində isə yalnız dollar və rus rublunun alış həcmlərində artım müşahidə olunub. Əhalinin isə xarici valyutalara tələbi azalıb. Əvəzində manatla əməliyyatlar artır. Ekspertlər bu prosesin davamlı xarakter ala biləcəyini istisna etmir.

İndi maraq doğuran əsas məsələ manatın qarşıdakı dövr ərzində dollara, avroya nisbətdə taleyinin necə olacağıdır. Belə görünür ki, bu məsələdə Mərkəzi Bank yenə mühüm rol oynayacaq. Çünki baş bank müdaxilə etməsə, manatın kifayət qədər böyük sürətlə bahalaşması qaçılmaz sayılır. Digər tərəfdən, buna neft gəlirlərindən başlayaraq, ölkənin ixracının artmasından tutmuş digər sektorlar üzrə valyuta daxilolmalarının çoxalmasına kimi çoxsaylı amillər təsir edir. Eləcə də dünya maliyyə bazarlarında baş verənlər, xüsusən də dollardan imtina edənlərin sayının artması  kimi faktorlar ciddi təsir edir. Xatırladaq ki, bir sıra dövlətlər rəsmi olaraq ticarətlərində dolların payını azaldır. Bu dövlətlərin başında isə Türkiyə, Rusiya, İran, Çin və Venesuela kimi ölkələr gəlir. ABŞ-ın ilk üç ölkəni dollar silahı ilə vurması, nəticədə milli valyutaların kursunun kəskin düşməsi onların dünyanın əsas valyutasından uzaqlaşmaq istəyini artırıb. Hazırda dollara qarşı mübarizədə seçilən dörd ölkənin - Türkiyə, Çin, Rusiya və İranın dünya ticarətində ümumi payının 30 faiz olduğu bildirilir. Qeyd edilir ki, ən azından, bu dörd ölkənin başqa valyutalarla ticarəti dolların qlobal təsirini 30 faiz azaldacaq. Bu ölkələrin sırasının xeyli genişlənəcəyi istisna edilmir. Belə vəziyyətdə dollara maraq azalır və bu, Azərbaycanda da özünü göstərir. Artıq bir neçə ildir ki, inzibati üsulla olsa belə, manat dollar qarşısında sabit məzənnəni qoruyub saxlaya bilir. Amma dünya maliyyə sektorunda baş verənlər manatın məzənnəsinin sabit saxlanmasını daha çətin hala gətirəcək. Buna rəğmən görünən budur ki, ölkənin baş bankı dollar-manat məzənnəsinin sabit qalması istiqamətində fəaliyyət göstərməli olacaq. Çünki 2021-ci il ərzində dövlət büdcəsində manat-dollar məzənnəsi 1.7 səviyyəsində qəbul edilib. Məsələnin maraqlı tərəflərindən biri isə neftin qiyməti ilə bağlıdır. Belə ki, dolların ucuzlaşması avtomatik olaraq neftin qiymətini bahalaşdırır. Artıq Azərbaycan neftinin satış qiyməti yenidən 70 dollara çatıb. Deməli, Azərbaycanın neft gəlirləri yenə nəzərdə tutulduğundan yüksək olacaq və bu da manata əlavə təzyiq yaradan faktorlardan sayılır. Yüksək qiymət Azərbaycana daxil olan valyutanın həcminin əhəmiyyətli dərəcədə artımı deməkdir. Artan valyuta da, öz növbəsində, manat üzərində təzyiqin daha da artmasına rəvac verir. Xatırladaq ki, bu ildən Azərbaycan həm də qaz ixracından xeyli valyuta əldə edəcək. Qeyri-neft ixracının artımı da ölkəyə valyuta gəlişini çoxaldır. Bütün bunlar manatı daha da bahalaşdıran amillər sırasında yer alır. Deməli, manat bu il gözlənildiyindən də ciddi təzyiq altında olacaq.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ