şənbə günü, 03 oktyabr 2026
     

Manata etimad artır

Image


Maliyyə bazarında son vəziyyətin təhlili əhalinin Azərbaycan milli valyutasına daha çox etimad göstərdiyini üzə çıxarır. Bunu manatla aparılan əməliyyatların həcminin artması da təsdiq edir.

Bu fonda banklara manatla yatırılan əmanət həcmlərinin də xeyli dərəcədə artması müşahidə edilir. Mərkəzi Bankın məlumatına görə, bu il martın 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 9 milyard 122,3 milyon manat təşkil edib. Bu, fevralın 1-i ilə müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 4,2 % az, ötən il martın 1-i ilə müqayisədə isə 4,8 % çoxdur. Fevralın sonuna banklara xarici valyuta ilə depozit qoyuluşu isə 8 milyard  990,2 milyon manat olub. Bu da aylıq müqayisədə 4,2 %, ilin əvvəlinə nisbətən 1,2 % çox, illik müqayisədə isə 12,9 % azdır. Beləliklə, xarici valyutada banklara qoyulan əmanət azaldığı halda milli valyutada artır. Ekspertlər hesab edir ki, Azərbaycanda iqtisadi dayanıqlığın artması yığılmış vəsaitlərin manatla saxlanmasına zəmanət verir. Qarşıdakı dövr ərzində də proses bu istiqamətdə cərəyan edəcək.

Burada qeyd edək ki, artıq əcnəbilər də xarici valyutada vəsaitlərini Azərbaycan banklarında saxlamaqdan tədricən geri çəkilir. Əvəzində bu valyutaların bir hissəsi manata çevrilir. Mərkəzi Bankın məlumatlarına görə, 2021-ci il martın 1-nə Azərbaycanda fiziki şəxs olan qeyri-rezidentlərin banklardakı əmanətlərinin həcmi 281,9 milyon manat təşkil edib. Bu da illik müqayisədə 2,2 dəfə azdır. Martın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 milyard 379,9 milyon  manat təşkil edib ki, bu da illik müqayisədə 3,6% azlıq təşkil edir. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov əcnəbilərin Azərbaycan banklarındakı əmanətlərinin azalma səbəbləri ilə bağlı bildirib ki, xarici vətəndaşların Azərbaycan banklarındakı əmanətlərinin həcmində müəyyən azalma var: "Azalmanın ilk səbəbi pandemiyadır. Sərhədlər bağlıdır, nəinki xarici, hətta yerli vətəndaşlar da əksər ölkələrdəki banklardan pullarını çıxardır ki, vəsaiti gözünün qabağında olsun. Digər tərəfdən, insanların gəliri azaldığı üçün yığdıqları pullardan istifadə edirlər. Pandemiya vəziyyətində xarici vətəndaşlar başqa ölkədə pul saxlamağa çəkinirlər. Azalmanın ikinci səbəbi ötən il Azərbaycanda qəflətən 4 bankın bağlanması olub. Məsələn, 2019-cu ilin son aylarından insanlar "Atabank"dan pulunu çıxarda bilmirdi və 6-7 ay, bəlkə də 1 ilə yaxın heç bir tədbir görülmədi. Sonra bank bağlandı və pullar insanlara geri qaytarıldı. Bu da bank sisteminin imicinə mənfi təsir etdi. Yəni hansı bank vaxtında əmanəti qaytarmırsa, dərhal bankı bağlamaq lazımdır. Dərhal bank bağlanmadı və bu da digər sağlam banklara çox mənfi təsir etdi. Belə ki, yerli və xüsusən xarici vətəndaşlar sağlam banklardan da pullarını çıxarmağa başladılar". Ekspertin sözlərinə görə, digər səbəb budur ki, ötən il Azərbaycanda əmanətlərin sığortalanması sisteminin necə olacağı qeyri-müyyən idi: "Ötən il martın 4-də "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvəsi bitib. Aprel ayında bu qanunun qüvvədə olma müddətini daha 9 ay (2020-ci ilin dekabrın 4-dək) uzatdılar. Qeyri-müəyyənlik onda oldu ki, bu qanunun qüvvədə olma müddəti vaxtında uzadılmadı və bu da təşviş yaratdı. Yalnız keçən ilin sonunda bəyan edildi ki, 2021-ci ilin aprelin 5-dək əmanətlərin tam sığortalanması olacaq. Aprelin 5-də "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti bitəndən sonra isə kompensasiyanın məbləği əvvəlki 30 min manatdan 100 min manatadək artırılır. Yəni bu istiqamətdə müəyyənlik ancaq ilin sonunda yarandı. Pul əminliyi və müəyyənliyi sevir. Bu cür məsələlərə vaxtında baxmaq lazımdır. Bu məsələlər xarici vətəndaşların banklardakı əmanətlərinin azalmasına gətirib çıxardı". Bununla yanaşı, ekspert “sputnik” portalına açıqlamasında qeyd edir ki, son bir ayda Azərbaycanda əmanətlər artmağa başlayıb: “Çünki bu istiqamətdə əminlik hissi qayıdıb. Hamı indi bilir ki, banka 100 min manat qoyursa, bu vəsait qorunandır. Bu çox vacib məsələdir. Yerli vətəndaşlar əminlik hissi olan kimi banka əmanət qoyurlar. Ölkəmizdə bir neçə ildən sonra xarici vətəndaşların əmanətləri yenidən arta bilər. Lakin bu il xarici vətəndaşların əmanətlərinin artmasını gözləmirəm".Qeyd edək ki, aprelin 5-də "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti bitəndən sonra kompensasiyanın məbləği əvvəlki 30 min manatdan 100 min manatadək artırılıb. Həmçinin 20 min manatdan çox olmamaq şərtilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq.

Xatırladaq ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmişdi.  Hazırda bununla bağlı addımlar banklara vətəndaşlar tərəfindən daha çox əmanət qoyulmasına səbəb olur. Bu fonda, hətta xaricilər də manatla Azərbaycan banklarına vəsait yatırır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ