şənbə günü, 03 oktyabr 2026
     

Peyvənd ədalətsizliyinin dünya iqtisadiyyatı üçün ciddi təhdidləri üzə çıxdı

Image


Dünyada getdikcə daha geniş miqyas alan vaksin ədalətsizliyinin qlobal iqtisadiyyat üçün də ciddi təhdid yaratdığı üzə çıxıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirir ki, edilən çağrışlara rəğmən, vaksin ədalətsizliyi problemi dərinləşir. Onun sözlərinə görə, hazırda dünyada koronavirusa qarşı istehsal olunmuş peyvənd dozalarının böyük əksəriyyəti, yəni 76 faizi cəmi on ölkənin sərəncamındadır.

Tedros Qebreyesus peyvənd dozalarının bu cür paylanmasını tənqid edib və bildirib ki, qlobal böhrana qarşı birgə cavablar verilməlidir: “Qlobal çıxış yolu isə həmrəylikdən başlayır. Ümumdünya vaksinasiya kampaniyasını lazımi şəkildə aparmaq üçün hazırda 25 milyard avroya ehtiyac var. Bu vəsait təmin edilmir, əvəzində dünyanın bir sıra zəngin ölkələri əhalinin tələbatından artıq miqdarda peyvənd dozaları sifariş edib”. O qeyd edir ki, COVID-19-a qarşı peyvəndin dünyada bərabər bölüşdürülməməsi təkcə mənəvi rəzalət deyil, həm də iqtisadi və epidemioloji baxımdan məğlubiyyət deməkdir. Onun fikrincə, bu da peyvəndlərin qeyri-bərabər bölüşdürülməsi məsələsini təcili həll etməyi tələb edən başlıca amildir: “Peyvənd bizə ümid bəxş edir, pandemiyanı nəzarətə götürmək imkanı yaradır. Amma biz yalnız dərmanları strateji baxımdan, yoluxmaların eyni vaxtda hər yerdə qarşısını almaq üçün işlədəcəyimiz təqdirdə buna nail ola bilərik”. Bir tərəfdən zəngin ölkələrdə, digər tərəfdən COVAX vasitəsilə tətbiq olunan dərmanların sayı arasındakı fərqin get-gedə artmasını dilə gətirən təşkilat rəhbəri dərmanların istehsalını artırmaq və daha bərabər bölüşdürmək üçün yollar axtardıqlarını, bu məqsədlə hökumətlərlə və istehsalçı şirkətlərlə müzakirələr apardıqlarını qeyd edib: “COVAX qlobal təşəbbüsü çərçivəsində COVID-19-a qarşı peyvənd olunanların sayında zəngin və kasıb ölkələr arasında fərq gündən-günə artır. Vaksinlərin qeyri-bərabər paylanması təkcə mənəvi utanc deyil, həm də iqtisadi və epidemioloji özünüməhv deməkdir. Virus yayıldıqca, insanlar ölməyə davam edəcək. Ticarət və səyahət sferaları qeyri-stabil qalacaq, iqtisadiyyatın bərpası isə daha uzun müddətə ləngiyəcək. Yalnız birgə əlaqəli, ardıcıl, tutarlı yanaşma ilə biz təhlükənin öhdəsindən gələ bilərik. Nəhayət, pandemiyaya son qoymaq təkcə elmin yox, həm də birgə səyin nəticəsi olmalıdır”.

Hazırda əvvəlki kimi koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri müşahidə olunur ki, mütəxəssislər bunun davamlı olacağını proqnozlaşdırır. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr yenə müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır. Əsasən turizm, hava nəqliyyatı, otel və əyləncəyə təsir edən sektoral və regional tələbin azalması dünya iqtisadiyyatında artıq dərin mənfi izlər qoyub. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlər iqtisadi dinamikliyin azalmasına səbəb olur. Xüsusən genişmiqyaslı məhdudiyyət siyasəti tədbirləri istər-istəməz əmək fəaliyyətinin azalması, biznes sektorunun zəifləməsi, maliyyə şoklarının  və ictimai istehlakın azalması böyük iqtisadi ziyana səbəb olur.

Məhdudlaşdırma siyasəti hazırda istehsaldan tutmuş xidmətə qədər bir çox sahəni əhatə edərək, onların inkişafına ciddi şəkildə maneə törədir. Baş verənlər ölkəmizdə də diqqətlə izlənilir. Bu fonda qeyd edək ki, Azərbaycanda hazırda 550 minə yaxın şəxs koronavirusa qarşı peyvənd olunub. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə vaksinasiya prosesi yalnız Çin istehsalı olan "Sinovac" peyvəndi ilə həyata keçirilir. Rəsmilər bildirir ki, Azərbaycana başqa peyvəndlərin gətirilməsi üçün keçən il müqavilələr bağlansa da, hələlik həmin vaksinlərdən səs-soraq yoxdur. Qeyd edək ki, Azərbaycan lap əvvəldən COVAX layihəsinə  qoşulub. Bu layihə üzrə Azərbaycan  "AstraZeneca", "Pfizer" və "Moderna" peyvəndlərini almalıdır. Lakin hələlik, bu vaksinlərdən heç bir xəbər yoxdur. Halbuki, COVAX xətti ilə bu ilin yanvar-mart aylarında Azərbaycana vaksinlərin ilk partiyası təqdim edilməli idi. Ancaq hələ də COVAX platforması çərçivəsində Azərbaycana vaksin təqdim edilməyib. Bu da o deməkdir ki,  Azərbaycanla bağlı öhdəlik yerinə yetirilmir. Bununla bir daha bəlli olur ki, COVAX koronavirusa qarşı vaksinin bütün ölkələrə münasibətdə ədalətli bölüşdürülmə missiyasının öhdəsindən gələ bilməyib. Amma bir daha xatırladaq ki, ki, COVAX vasitəsilə Azərbaycana peyvəndlərin verilməsi yubansa da, bu, vaksinasiya prosesinə təsir göstərməyəcək. Çünki COVAX-ın vədlərinə baxmayaraq, Azərbaycan öncədən Çin şirkəti ilə müvafiq müqavilə imzalayıb, bu sahədə risqləri sığortalayıb. Amma virusun davam etməsi iqtisadiyyata təsir edir. Məsələn, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirir ki, koronavirus pandemiyası səbəbindən Dünya Bankının Azərbaycanla reallaşdırdığı bir sıra layihələrdə yubanmalar olub. Onun sözlərinə görə, gecikmələrin əsas səbəblərindən biri də beynəlxalq uçuşlara qadağa qoyulmasıdır: “Bilirsiniz ki, bizim üçün təhlükəsizlik hər şeydən öndə gəlir. Həmçinin regiona təyyarə reyslərində məhdudiyyətlərin olması da bəzi əməkdaşlarımızın bölgəyə səfər etməsinə imkan vermədi. Biz bunların hamısından əmin olmalı idik. Digər tərəfdən sosial məsafə və bir sıra protokol qaydalarına da əməl etmişik. Amma bəzi gecikmələrin olmasına baxmayaraq, fəaliyyətimiz davam edib. Artıq bir neçə aydır açılmalar başlayıb. Ümid edirik ki, tezliklə beynəlxalq sərhədlər də açılacaq. Bildiyiniz kimi, bəzi ekspertlərin və bir sıra xaricdən gələn mal və materialların idxalında müəyyən gecikmələr olub. Ancaq bunlar o qədər də xüsusi əhəmiyyət kəsb etmir. Bu səbəbdən də ümid edirik ki, hazırda davam edən layihələrimiz, kiçik gecikmələrə baxmayaraq, qrafikə uyğun tamamlanacaq. İrəli getmək üçün bir çox rəqəmsal modullardan istifadə etmək imkanları olduğu halda fəaliyyətimizi dayandırmaq fikrimiz yoxdur. Müəyyən çətinliklərin olmasına baxmayaraq, layihə komandalarının öz işlərini yaxşı yerinə yetirdiklərini qeyd etməliyəm və hələ də çox uğurla davam edən layihələrin portfelləri üçün heç bir risq yoxdur”.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ