Bazar günü günü, 04 oktyabr 2026
     

Kənd təsərrüfatı yarmarkalarına məhsullar alverçilərin əli ilə çıxarılır - iddia və cavab...

Image


Müxtəlif bayramlar ərəfəsində, eləcə də ayrı-ayrı vaxtlarda paytaxtda kənd təsərrüfatı yarmarkalarının açıldığını görürük. Amma bir çox halda alıcılar bildirirlər ki, yarmarkada satılan məhsulların qiyməti heç də mağazalardakı qiymətlərdən fərqlənmir, fərqlənsə də, bu, cüzi faiz təşkil edir.

Əslində, kəndlinin, fermerin öz məhsulunu bazara çıxarıb istehlakçıya təklif etməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən satış yarmarkalarının açılması müsbət haldır. Bu, öz məhsulunu bazara çıxarıb satmaq marağında olan fermer və kəndlilərə şərait yaradılması deməkdir. Amma bəzi səsləndirilən iddialara görə, kənd təsərrüfatı yarmarkalarında məhsul satanların böyük əksəriyyəti kəndlilər, fermerlər deyil, alverçilərdir. İddialara və ekspertlərin araşdırmalarına görə, alverçilər gedib kəndlidən, fermerdən məhsulu ucuz alıb, gəlib burada bir neçə qat baha qiymətə satırlar. İddialardan belə görsənir ki, kənd təsərrüfatı məhsulları bazarlara alverçilərin əli ilə çıxır.

Necə etmək olar ki, bu yarmarkalara məhsulu kəndlinin, fermerin, istehsalçının özü çıxarsın, alverçi çıxarmasın?

Ekspertlər deyirlər ki, yarmarkaların alverçilərin əlində olması birbaşa bazarla fermer, kəndli arasında problem yaradır və bu problemin aradan qaldırılması üçün yeni proqram hazırlanmalıdır.

  • Akif Nəsirli: “Problemin aradan qaldırılması üçün fermerlərlə bazar arasında əlaqələndirmə mərkəzi yaradılmalıdır”

İqtisadçı-ekspert Akif Nəsirli bizimlə söhbətində bildirdi ki, bu gün kənd təsərrüfatı yarmarkalarında məhsul satanların əksəriyyəti alverçilərdir və onların bazarda kök salması kəndlilərin, fermerlərin bazara çıxmasına əngəl yaradır. A.Nəsirlinin sözlərinə görə, hazırda alverçi şəbəkəsi bu yarmarkaları monopoliyaya alıb. O hesab edir ki, bu monopoliyadan bazarı çıxarmaq üçün Kənd Təsərrüfatı Nazirliyi xüsusi addımlar atmalıdır. “Əslində, bu yarmarkaların yaradılmasında məqsəd kəndlinin, fermerin bazarla əlaqəsinin təmin edilməsi və bazara məhsulları onların öz əlləri ilə çıxarması idi. Əgər bazara məhsul fermerin, onu əkib becərən kəndlinin əli ilə çəxırsa, təbii ki, ucuzluq olur. Rayonlarda fermer, kəndli öz danasını mal bazarında kəsir və ətin kiloqramını 8 manat, 8 manat 50 qəpiyə verir, amma onu alverçi alıb Bakıya gətirəndə 11-12 manata satır. Kəndlinin öz məhsulundan birbaşa qazancı az, alverçinin isə çox olur. Eləcə də digər kənd təsərrüfatı məhsullarını alverçi kəndlidən alır, burada bir neçə qat baha qiymətə satır. Şərait yaratmaq lazımdır ki, fermer, kəndli rayonda 8 manata satdığı dana ətini gətirib burada 9 manata satsın. Onlara özlərinin məhsullarını bazara çıxarması üçün imkanlar açılmalıdır. Bu zaman bazarda ucuzluq yaranacaq, fermerin də mənfəəti, qazancı artacaq. Nəticədə alverçilər də sıradan çıxmayacaq, sadəcə, vəziyyət dəyişəcək, fermer bir manat qazananda, alverçi 50 qəpik qazanacaq. Amma bu gün fermer 50 qəpik qazanır, alverçi isə 5 manat.   

Onların öz məhsullarını bazara çıxara bilməməsinin səbəbi yarmarkalarda yer haqqının olması və bura giriş haqqı ödənilməsidir. Bildiyim qədər, rəsmən yer haqqı ödənilmir, yəni rüsum yoxdur, sadəcə, bu qeyri-rəsmi şəkildə həyata keçirilir. Bu halda, başqa bazarlarda alveri getməyən, yaxud zəif olan alverçilər yarmarkalara gəlir və kəndlidən, fermerdən aldığı məhsulları iki, üçqat bahasına camaata satırlar. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir.

Fikrimcə, problemin aradan qaldırılması üçün fermerlərlə bazar arasında əlaqələndirmə mərkəzi yaradılmalıdır. Bu əlaqələndirmə mərkəzi vasitəsilə fermer öz məhsulunu bazara çıxarmalıdır. Fermer, kəndli öz məhsulunu bazara çıxararkən ya kənd icra nümayəndəliyindən, ya da bələdiyyədən arayış alıb əlaqələndirmə mərkəzinə təqdim edəcək  ki, bazara çıxardığı məhsullar onun öz əkib-becərdiyi məhsuldur. Bu zaman kəndli öz məhsullarını bazara çıxarmağa maraq göstərəcək”.

A.Nəsirlinin sözlərinə görə, yarmarkaları işlədən şəxslər, bu işə məsul olanların marağı kəndlini, fermeri bazara cəlb etməkdirsə onda onlardan yer haqqı almamalıdır. “Bu yarmarkanı dövlət qurumu təşkil edibsə, onda nə üçün orada kəndlidən, fermerdən yer haqqı tələb edilir? Əslində, orada yer haqqı alınmamalıdır. Bilirsiniz, o yarmarkaların təşkil edilməsinin xərcini Kənd Təsərrüfatı Nazirliyi çəkir və nəzərdə tutulub ki, fermerlərdən yer haqqı alınmasın.

Amma ora nəzərət edən şəxslər camaatdan yer pulu alırlar. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu məsələni araşdırmalıdır. Ola bilsin, kimsə sui-istifadə edir və sair, kimlərsə məqsədli şəkildə kəndlini, fermeri yarmarkalardan qaçaq salır”.

A.Nəsirli hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi kəndlinin, fermerin bazara qaytarılması məsələsi üzərində xüsusi işlər görməlidir.

  • Mais Musayev: “Səsləndirilən iddia bizim təşkil etdiyimiz “Kənddən şəhərə” yarmarkalarına aid deyil”

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev “Bakı-Xəbər”ə bildirdi ki, təmsil etdiyi qurum Bakıda yarmarka təşkil etsə də, amma heç də bütün yarmarkaları o təşkil etmir: “Aqrar Tədarük və Təchizat” ASC yarmarkalar təşkil edir, amma heç də şəhərdə mövcud olan bütün yarmarkaları biz təşkil etmirik. Bizim Bakıda 2, Xırdalanda isə 1 yarmarkamız var. Bakıdakı yarmarkamızın biri Nərimanov, ikincisi isə Binəqədi rayonundadır, Xırdalan şəhərində isə Heydər Əliyev prospektində təşkil olunur və bu yarmarka “Kənddən şəhərə” adı altında fəaliyyət göstərir. “Kənddən şəhərə” adı altında fəaliyyət göstərən yarmarkalarda birbaşa olaraq fermerlərin özləri iştirak edirlər, heç bir halda orada kənar adamın iştirakına yol verilmir. Bu necə tənzimlənir? Hər bir fermer elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçir. Bizim yarmarkada iştirak etmək istəyən fermerlər bizə müraciət edərkən biz onlardan  elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatı barədə məlumat soruşuruq, təsərrüfatı haqqında sənədlərinin nümunələrini alırıq və digər prosedurlar var ki, onlar vasitəsilə müraciət edən şəxsin həqiqi fermer olub-olmadığını yoxlayırıq. Müraciət edən şəxsin həqiqətən də fermer olduğuna əmin olduqdan sonra biz onları qeydiyyatdan keçiririk və onların yarmarkada yerləşdirilməsi ilə bağlı müvafiq addımlar atırıq. Səsləndirilən iddia bizim təşkil etdiyimiz “Kənddən şəhərə” yarmarkalarına aid deyil. Hansısa bir rayon icra hakimiyyəti strukturları da öz ərazilərində yarmarkalar təşkil edirlər, ola bilsin ki, kimlərsə kənardan gəlib iştirak edir, buna biz cavabdehlik daşımırıq. Amma bizim təşkil etdiyimiz hər üç yarmarkaya məsuliyyət və cavabdehlik daşıyırıq. Bu yarmarkalarda iştirak edənlər yerli fermerlər, yerli qida istehsalçısı olan sahibkarlar və onların nümayəndələridir” - deyə bildirən M.Musayevin sözlərinə görə, “Kənddən şəhərə” yarmarkalarında bütün imkanlar, şəraitlər fermerlər üçün ödənişsiz yaradılıb. Onun sözlərinə görə, fermer gəlib “Kənddən şəhərə” yarmarkasında öz məhsulunu satmaq istəyərkən onlardan hər hansı yer pulu, piştaxta pulu tələb olunmur, tamamilə ödənişsizdir: “Bu zaman fermerə həm piştaxta, həm tərəzilər, uniformalar, hazırda karantin rejimində olduğumuz üçün karantinin tələblərinə uyğun olaraq tibbi vasitələr, əlcəklər, maskalar, dezinfeksiya məhsulları tam pulsuz verilir. Hətta məhsulunu Bakıya gətirməyə çətinlik çəkən fermerlərə ödənişsiz olaraq bizim tərəfimizdən logistika dəstəyi də göstərilir. Fermer bizə müraciət edir ki, mən məhsulumu yarmarkaya gətirmək istəyirəm, amma gətirməyə maşınım yoxdur, biz onlara ödənişsiz maşın təşkil edirik. Bizim yük maşınlarımız regionlara mütəmadi olaraq səfər edir, regionlarda 11 dayaq məntəqəmiz var. Müraciət edən fermerin məhsulunu maşınımız vasitəsilə Bakıya gətiririk və yarmarkada məhsulunu satması üçün ona köməklik göstəririk. Bütün bunlar tamamilə ödənişsiz olur. Fermerlər üçün “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən bütün mümkün şərait yaradılır ki, onlar gəlib məhsullarını rahat şəkildə sata bilsinlər. Yarmarkalarda iştirak etmək istəyən fermerlər bir neçə vasitə ilə bizə müraciət edə və birbaşa qeydiyyatdan keçə bilərlər. Bu vasitələr hansılardır? İlk növbədə, Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzidir, fermer ora müraciət edə bilər ki, yarmarkaya gəlmək istəyir, onlar müraciəti bizim quruma yönləndirirlər, bizim əməkdaşlar da həmin fermerlərlə əlaqə saxlayırlar və bütün proses o formada davam edir. Həmçinin, bizim özümüzün “qaynar xətt”imiz var - 050400-88-99 nömrəsinə də fermer zəng edə və yarmarkaya gəlməklə bağlı müraciət edə bilər. Eyni zamanda, bizim sosial media hesablarımız var, buradan da bizə müraciət edə bilərlər. Sosial şəbəkələrdən və telefonlardan istifadə etməyən fermerlər, şəxslər isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət aqrar inkişaf mərkəzlərinə, bu regional idarələrə müraciət edərək, yarmarkalara gələ bilərlər. Bu regional mərkəzlər hər rayonda var. Üstəlik, “Aqrar Tədarük və Təchizat” ASC-nin 11 regional idarəsi var və bu regional idarələrə də fermerlər müraciət edərək, yarmarkalarda iştirak etmək istədiklərini bildirə bilərlər” - deyə M.Musayev  vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı deni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ