Bazar günü günü, 04 oktyabr 2026
     

Antiinhisar Agentliyinin istehlak bazarında qiymət özbaşınalığına qarşı fəaliyyəti görünmür…

Image


Son həftələr ölkəmizdə kütləvi bahalaşma müşahidə edilir, xüsusən də istehlak məhsullarının qiymətində bir neçə qat artım özünü göstərir.

İstehlak məhsullarının satışı ilə məşğul olan sahibkarlar iddia edirlər ki, məhsul onların özlərinə baha qiymətə gəlib çıxır. Ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri, eləcə də bir çox istehlakçı hesab edirlər ki, bahalaşmanın sürətlə artmasına səbəb olan amillər var. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Agentliyinin (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) fəaliyyəti haqqında da müəyyən iddialar var ki, bahalaşma ilə bağlı bu quruma edilən müraciətlərə cavab verilmir, vətəndaş müraciətləri cavabsız qalır. İddialara görə, bu qurum istehlak bazarında baş alıb gedən bahalasmaya qarşı heç bir real iş görmür və bunun qarşısının alınması üçün çox zəif davranır. Hətta bəzi ekspertlər hesab edirlər ki, Antiinhisar Agentliyinin istehlak bazarında, ümumiyyətlə, fəaliyyəti hiss olunmur, bunun nəticəsində də bu sahədə özbaşnalıq hökm sürür.

  • “Bu qurum bahalaşmanı monopoliyanın qarşısını almaqla dayandıra, bu sahəyə bu yolla təsir edə bilər, amma hər hansı bir addım atmır”

 “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti istehlak bazarında hiss olunmur. E.Bayramlı hesab edir ki, bu təşkilat ləğv edilməli və onun əvəzinə Ticarət Nazirliyi, yaxud bu statusda olan müstəqil bir qurum yaradılmalıdır. “İstehlak bazarında kifayət qədər ciddi problem var, amma sanki Azərbaycanda Antiinhisar Xidməti yoxdur. Ölkəmizdə ticarət sahəsi tamamilə başlı-başına buraxılıb və bu, nəzarətsiz bir sahəyə çevrilib. İş o həddə çatıb ki, istehlakçılar hansı dövlət qurumuna müraciət etməli olduqlarını bilmədikləri üçün, bir QHT-yə - Azad İstehlakçılar Birliyinə müraciət edirlər. QHT sərəncamverici, nizamlayıcı və tədbir görən bir orqan deyil, sadəcə, məsələ qaldıra bilər. Bu da o deməkdir ki, bu dövlət orqanı yoxdur. Təklif etmişəm ki, Ticarət Agentliyi, yaxud bu istiqamətdə başqa bir dövlət qurumu yaradılsın ki, ticarət sahəsindəki problemləri nizamlasın”.

E.Bayramlı qeyd etdi ki, bu gün istehlak bazarında iki əsas problem var və bahalaşmaya, hərcmərcliyə, qiymət artımına da rəvac verən əsas amillər onlardır. “Birincisi, monopoliya məsələsidir, ikincisi də istehlakçıların aldadılmasıdır. Yəni istədikləri vaxt istər keyfiyyətdə, istər çəkidə, istər qiymətdə və sair istehlakçını aldadırlar, amma istehlakçı şikayət etməyə yer tapmır. Bir nəfər küçəyə çıxıb Antiinhisar Agentliyi haqda sorğu keçirsə, bunu tanıyan və bilən olmayacaq, bu təşkilat ancaq kağız üzərindədir. İndiki bahalaşma ilə bağlı tədbirlər görülməsinə gəlincə, düzdür, Antiinhisar Agentliyi buna birbaşa təsir göstərə bilməz, bu qurum bahalaşmanı monopoliyanın qarşısını almaqla dayandıra, bu sahəyə bu yolla təsir edə bilər, amma hər hansı bir addım atmır. Bu təşkilatın adı da Antiinhisardır, o, inhisarlaşmaya qarşıdır. Məsələn, deyək ki, “Azərsun” bazarda hegemonluq edir, istədiyi qiymətləri diqtə edir, ölkə bazarının böyük hissəsi bu şirkətin əlindədir, məhsulu ürəyi istəyən qiymətə satır, heç kim də heç nə demir. Onun istehsal etdiyi məhsulların rəqiblərinə müxtəlif maneələr yaradılır. Bu, monopoliya yaratmaq deməkdir və onun qarşısını almaq lazımdır. Elə də siqaret sahəsində problem var. Niyə Azərbaycanda çoxsaylı tütün fabriki açılmır? Məsələn, siqaretin qiyməti gündə qalxır. Yerli fabriklər açılmasa, siqaretin qiyməti qalxacaq. Dünyada görünməmiş bir haldır. Xaricdən gətiriləndə daha ucuz idi. Qaldı indiki bahalaşmaya, burada çox maraqlı məqam var. Məhz yerli məhsulların qiyməti bahalaşıb, xaricdən gələn məhsullar, əksinə, ucuzlaşıb. Mən xaricdən gələn kərə yağlarının qiymətlərini araşdırmışam, qiymətlərində bir manat ucuzlaşma var, zeytun yağlarının və ətin də qiymətində bir manat ucuzlaşma özünü göstərir, bir çox məhsulda da ucuzlaşma var. Məhz yerli meyvə-tərəvəzin qiymətində ciddi bahalaşma var, iki manatdan aşağı meyvə, bir manatdan ucuz tərəvəz yoxdur. Yerli məhsul bahadır. Əksinə, yerli məhsul ucuz olmalı idi, çünki xaricə idxal edə bilməyiblər. Bu hesabla ucuzlaşma olmalı idi, amma bahalaşma var. Bu nə deməkdir? Ya Kənd Təsərrüfatı Nazirliyi bu sahəni elə vəziyyətə salıb ki, aqrar sektorda məhsul əkilib yığılmır, ya da məhsul yetişmir. Belə şey ola bilməz. Alma iki manatdan aşağı düşmür, yerli kartof isə, ümumiyyətlə, bazarda yoxdur… Hanı bizim yerli məhsulumuz, niyə bazarlara çıxarılmır, niyə kəndliləri, fermerləri bazarlara buraxmırlar? Mənim hətta məlumatlarım var ki, kənd təsərrüfatı yarmarkalarında məhsul satanların çoxu alverçilərdir. Bu alverçilər ora necə gəlib, onun orada nə işi var, Kənd Təsərrüfatı Nazirliyi hara baxır? Kəndə gedib kəndlidən məhsulu 20-30 qəpiyə alırlar, gəlib burada manat yarıma satırlar, arada dəllallar 3-4 qat qazanırlar”.

Bazarda mövcud olan neqativliklərin aradan qaldırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətlərini gücləndirməli olduqlarını deyən ekspert hesab edir ki, bu halların qarşısının alınması üçün təcili tədbirlər görülməlidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vətəndaşların müraciətinə cavab vermədiyi iddiasına gəlincə, E.Bayramlı deyilənlərin real olduğunu qeyd etdi: “Bu qurum istehlakçıların, vətəndaşların müraciətlərinə cavab vermir, burada bürokratik əngəllər var, sanki yoxdurlar, hara çəkiliblər, bilən yoxdur. Bu qurumun nə sosial şəbəkələrdə aktiv səhifələri var, nə də düzəməlli saytları, varmı-yoxmu bilinmir? Bunlarla xalqın, əhalinin ünsiyyəti tamamilə yoxdur. Mən jurnalist ola-ola onları tapa bilmirəm, əhali haradan tapsın? Bu xidmət ləğv olunmalı, ticarət sahəsində qiymətləri, keyfiyyəti, rəqabət mühitini, yerli məhsulların bazara çıxışını tənzimləyən ayrıca bir dövlət orqanı yaradılmalıdır. Əvvəllər Sovet dövründə Ticarət Nazirliyi vardı, insanlar gedib ora şikayət edirdilər. İndi Azad İstehlakçılar Birliyinə müraciət edirlər. Azad İstehlakçılar Birliyi aktiv fəaliyyət göstərir, narazı deyiləm, sadəcə, bu qurumun əlində inzibati resurslar yoxdur, qərar verə bilmir. Bu sahədə xalqın ümid yeri bu təşkilatdır… Amma Dövlət Xidmətinin fəaliyyəti yoxdur, bu halda onu niyə saxlayırlar və işçilərinə maaş verirlər, birdəfəlik ləğv etsinlər və başqa bir dövlət qurumu yaratsınlar”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ