Bazar günü günü, 04 oktyabr 2026
     

Ölkədə qiymət artımının səbəbləri barədə Əli Əsədovun izahı birmənalı qarşılanmır...

Image


Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatın müzakirəsi zaman deputatlar tərəfindən qaldırılan qiymət bahalaşmasına münasibət bildirib.

Baş nazir deyib ki, Azərbaycan hökuməti bu məsələni daim nəzarətdə saxlayır və bu məsələ ilə məşğul olur. O qeyd edib ki, gündəlik olaraq Antiinhisar Agentliyi qiymətlərlə bağlı monitorinq aparır: “Bir çox hallarda bizdən asılı olmayan məsələlər var. Bizim ticarət tərəfdaşlarımız olan ölkələrdə qiymətlərdə dəyişiklik olanda biz buna təsir göstərə bilmirik. Yanacağın qiymətinin dəyişməsinə görə bahalaşmaya gəlincə isə bununla bağlı fermerlərə, ictimai nəqliyyatda çalışan sahibkarlara subsidiyalar verilib”

Baş nazirin qiymət izahına inanmaq olarmı?

  • İlqar Hüseynli: “Əslində, Baş nazirin sözündə bir həqiqət var...”

Sosial-iqtisadi sahə üzrə tanınmış ekspert İlqar Hüseynli mövzu ilə bağlı “Bakı-Xəbər”ə şərhində bunları bildirdi: “Əslində, Baş nazirin sözündə bir həqiqət var. O da nədən ibarətdir? Həqiqətən də Nazirlər Kabineti müəyyən halda süni qiymət artımlarının qarşısını almaqda çətinlik çəkir, yaxud da buna müdaxilə edə bilmir. Söhbət hansı məsələdən gedir? Bilirsiniz ki, hazırda İqtisadiyyat Nazirliyi yanında inhisarçılığa və qiymət artımına nəzarət edən Antiinhisar Agentliyi adlı xüsusi qurum var. Bu agentlik İqtisadiyyat Nazirliyi yanında istehlak bazarında qiymət artımını nəzarətdə saxlayan bir qurumdur. Bu qurum o istehlak məhsullarını nəzarətə götürür və qiymət artımına müdaxilə edə bilir ki, həmin istehlak mallarının qiyməti bilavasitə Tarif Şurasının müəyyən etdiyi tariflərlə tənzimlənsin. Amma kənd təsərrüfatı məhsullarının bu sıraya aid edilməsi istisnadır. Yəni bu sahəyə hər hansı bir müdaxilə imkanları yoxdur. Bu qiymət artımında fürsətçilikdən söhbət gedir, bu da alıcı və satıcı arasındakı münasibətlərə bağlı bir məsələdir. Baş nazir çıxışında bir məsələni xüsusi vurğulayıb ki, hökumət fermerlərə, ictimai nəqliyyatda çalışan sahibkarlara subsidiyalar verib. Subsidiyalar hansı fermerlərə verilib? O fermerlərə ki, onlar bilavasitə pambıq və taxıl istehsalı ilə məşğuldurlar, amma ayrı-ayrı kiçik sahələrdə, fərdi təsərrüfatlarında pomidor, bibər, xiyar, badımcan, kartof, kələm və digər bu kimi tərəvəzlər yetişdirən şəxslərə subsidiyalar verilmir. Camaat bazardan taxıl, pambıq alıb yeyən deyil ki... Təbii ki, Novruz bayramında insanlar daha çox qoz-fındıq, meyvə və sair alırlar. Hansı ki, bu kənd təsərrüfatı subyektləri üçün o subsidiyalar əlçatan deyil, onlara bu subsidiyalar verilmir. Bilirsiniz, necədir? Parodoksal bir vəziyyətdir, ya Baş nazir bunu bilir, vəziyyətdən özünü sığortalamaq üçün bu cümləni işlədir, ya da onun hansı sahələrə kompensasiya, məqsədli subsidiyalar verildiyindən xəbəri yoxdur. Yəni burada iki parodoksal vəziyyət müşahidə olunur. Ona görə də başa düşmək lazımdır ki, aqrar sahə ilə məşğul olanların satış imkanları dar çərçivədədir. Bunlar daha çox Novruz və Yeni il bayramlarını gözləyirlər ki, qiymət artımına gedib bir az artıq pul qazansınlar. Bazarı dövlət tədarükü, dövlət satınalmaları ilə təmin etmək mümkün olsa, bu, başqa məsələ. Tutaq ki, dövlət vətəndaşın məhsulunu alıb öz istədiyi qiymətə bazara çıxarsa, onda buna nəzarət etmək olardı. Amma bir halda ki, söhbət azad, liberal bazardan gedir, onda satıcı istədiyi qiymıti qoyur” - deyə İ.Hüseynli vurğuladı.

  • Əhməd Abasbəyli: “Qiymət artımının səbəbləri geniş şəkildə araşdırılıb təhlil edilməli, bu, daha əsaslandırılmış şəkildə cəmiyyətə çatdırılmalıdır”

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abasbəyli “Bakı-Xəbər”ə bildirdi ki, bahalaşmanın səbəbləri daha dərindən araşdırılmalı, təhlil edilməli və bu barədə ictimaiyyətə səhih məlumat verilməlidir. “Məhsulların qiymətinin bahalaşması göz qabağında olan bir haldır. Bunu inkar etmək düzgün deyil. Amma bizim cəmiyyətin özündə bir problem var. Bu problem ondan ibrarətdir ki, bizdə süni qiymət artımına meyl çox güclüdür, xüsusən də bayram ərəfəsində. Amma dünyanın heç bir yerində bayram ərəfəsində qiymət artımı olmur, əksinə, endirim kampaniyaları başlayır. Məqsəd də ondan ibarətdir ki, insanlar bu bayramı ürəkləri istəyən kimi qeyd edə bilsinlər. Amma təəssüf ki, bizdə sahibkarların bayram ərəfəsində qiyməti ən azı iki dəfə qaldırması ənənə halını alıb. Bu da bizim özümüzün xarakterimizdən irəli gəlir. Bir az da özümüzə tənqidi yanaşaq. Məsələn, dövlət sahibkara qiymət artımı ilə bağlı tapşırıq verməyib. Sahibkar qiyməti qaldırır. Harada imkan düşdüsə, qazanmağa çalışırıq. O ki, qaldı supermarketlərdə, iri ticarət yerlərində qiymətlərin  artmasına, bu da faktdır. Benzinin qiyməti 10 qəpik artıb. Bu 10 qəpik artımı bəhanə edən bəzi işbazlar, sahibkarlar bu gün bəzi məhsulların qiymətini 50-60, 70 faiz artırıblar. Bu isə bir bəhanədir. Əslində, bu cür süni qiymət artımına dövlət nəzarət etməli, həmin işbazların, sahibkarların niyə bu cür yol tutduğu müəyyən edilməlidir. Sahibkarlardan bahalaşmanın səbəbini soruşsaq, min cür bəhanə gətirəcəklər ki, bu bizim üstümüzə baha oturur və biz də qiyməti qaldırmalıyıq. Subsidiyalar kənd təsərrüfatına verilib. Rayonlarda bu qədər qiymət artımı yoxdur, necə olur ki, eyni məhsul fərqli qiymətə olsun? Rayonlarda ətin qiyməti 10 manatdan aşağıdır, amma o ət Bakıya 14-15 manata gəlib çıxır. Niyə? Rayonda 6, 7, 8 manata ət satılırsa, nə uzaq məsfədir ki, rayondan bura gətirilənə qədər onun qiyməti iki dəfə yarım, 3 dəfə baha olur?

Fikrimcə, qiymət artımının səbəbləri geniş şəkildə araşdırılıb təhlil edilməli, bu, daha əsaslandırılmış şəkildə cəmiyyətə çatdırılmalıdır.

Son bir həftədə KİV-də gömrüklə bağlı müyyən məlumatlar gedir, hətta özümüzün tanıdığımız və tanımadığımız sahibkarlar narazılıqlar edirlər ki, gömrük qiyməti artırıb. Biz rəsmi şəkildə gömrük rüsumlarının artırıldığını görmürük. Elə sahələr var ki, ümumiyyətlə, orada rüsumları ləğv ediblər. Amma niyə gömrük rüsumu artırıb? Ümumiyyətlə, KİV-də iddia edildiyi kimi, doğrudanmı gömrük rüsumu artırıb, yoxsa yazılanlar yalandır? Bütün bunlaya aydınlıq gətirilməli, rəsmi şəkildə yazılanlara münasibət bildirilməlidir ki, bunlar ya doğrudur, ya da səhvdir. Qiymət artımına gedən sahibkarların gömrüklə bağlı iddiaları nə dərəcədə doğrudur? Bu sahədə qanun pozuntularının olub-olmaması haqda ictimaiyyət rəsmən məlumatlandırılmalıdır. Bu amillər də bahalaşmaya gətirib çıxara bilir”.

Ə.Abasbəylinin sözlərinə görə, mediada gedən bütün müraciətlər, bütün  məsələlər araşdırılmalıdır, bu, yalan, böhtan xarakteri daşıyırsa, həmin o məlumatı yayan cəzalandırılmalı, yox, yazılanlar, deyilənlər faktlarla sübut olunursa, onda şikayət edilən orqan cəzalandırılmalıdır. Ə.Abasbəyli hesab edir ki, bahalaşmaya səbəb olan amillər çoxdur, bütün bunlar araşdırılmalı, təhlil edilməli və izahı verilməlidir. “Onun tərəfdarı deyiləm ki, gedib sahibkarı qiyməti salmağa məcbur etsinlər. Bütün istehlak məhsullarının son dayanacağı mağazalardır və vətəndaşa məhsullar baha satılır. Sahibkar nə üçün birdən-birə məhsulun qiymətini qaldırdı, niyə vətəndaş o məhsulları baha alır ? Bunun kökünü, səbəbini araşdırmaq lazımdır. Mən hər gün bahalaşmanı hiss edirəm. Niyə bahalaşma dalğası benzinin bahalaşmasından sonra başladı? Kənd təsərrüfatında benzindən istifadə olunmur, dizeldən istifadə olunur. Düzdür, dizelin də qiyməti artdı, amma subsidiyalar verilirsə, kənd təsərrüfatı məhsullarının qiyməti niyə artıb? Məlumatlarıma görə, rayonlarda ərzaq məhsullarının qiyməti baha deyil, Bakıya gəlib çatanda artır” - deyə bildirən Ə.Abasbəyli hesab edir ki, bəlkə də qiymət artımına səbəb monopoliyadır: “Çünki monopoliya vahid əldən idarə olunur və birdən-birə hər yerdə qiymətlər artırılır. Rəqabət olsa, proses bu cür getməzdi. Bu,  monopoliyaya alınıbsa, çox ciddi məsələdir. Gəlin etiraf edək, son dövrdə bəzi məhsulların alıcılıq qabiliyyəti aşağı düşüb, alıcılıq qabiliyyəti aşağı olan məhsulların qiyməti necə arta bilər? Bütün bunlar geniş araşdırma tələb edir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ