Bazar günü günü, 04 oktyabr 2026
     

Neftin qiyməti 100 dollara qalxır, Azərbaycanın Avropaya satdığı qazın qiyməti də yüksəlişdə...

Image


Dünya bazarlarında enerji resurslarınınn qiyməti yenidən özünün sürətli yüksəliş mərhələsinə qədəm qoyub. Həm neft, həm də təbii qazın qiymətləri sürətli şəkildə yüksəlir. Azərbaycan hazırda hər iki yanacaq növünün hasilatçısı və satıcısı olduğundan, baş verənlər ölkəmizdə də diqqətlə izlənilir. Belə görünür ki, qarşıdakı müddət ərzində Azərbaycan bu enerji resurslarının satışından nəzərdə tutulduğundan da çox gəlir əldə edəcək.

Hazırda neftin qiymətləri 2014-cü ildən bu yana ən yüksək səviyyəyə doğru qalxır. Enerji sahəsində araşdırma aparan  “Piper Sandler” şirkətinin baş eksperti Kreyq Conson qiymətlərin 100 dollarlıq həddə kimi qalxmasının artıq qaçılmaz olduğunu bildirib: “Hazırda enerji sektoru bütün müşahidə dövrünün ən güclü qiymət artımı rübünü yaşayır. Bu sektor ilin əvvəlindən 40 faizədək artım göstərdiyinə görə neft qiymətləri də artım üçün müəyyən potensiala malikdir. Mən, doğrudan da, qarşıdakı 6 ay ərzində 100 ABŞ dolları rəqəmini görürəm”. “Laffer Tengler İnvestment”in eksperti Nansi Tenqler də OPEC-in ən azı yayadək hasilatı sabit saxlayacağını, bununla da neftin bahalaşacağını gözləyir: “Oktyabr ayınadək təklifin artmasını görməyəcəyik. Odur ki, neftin qiyməti asanlıqla qalxa bilər. Biz yayda 80 dollar gözləyirik ki, bu da əksər neft şirkətləri üçün nikbin proqnozdur”.

Xatırladaq ki, OPEC+ formatı iştirakçıları mövcud hasilat həcmini aprel ayında saxlamaq barədə bu ayın əvvəlindəki görüşdə qərar qəbul edib. Yalnız Rusiya gündəlik hasilatı 130 min barrel, Qazaxıstan 20 min barrel artıra biləcək, Səudiyyə Ərəbistanı isə gündəlik hasilatı əlavə olaraq 1 milyon barrel azaltmaq barədə könüllü götürdüyü öhdəliyə aprel ayında da davam edəcəyini bildirib.  “Wood MacKenzie” araşdırma mərkəzinin eksperti Ann Luis Hettl qeyd edir ki, OPEC+ ölkələrinin qərarı hökumətlərin qarşıdakı dövrdə neftə tələbatın həcminə çox ehtiyatla yanaşdığını göstərir. O, 2021-ci ildə dünya boyu neftə əlavə tələbatın 6,3 milyon barrelə çatmasını, “Brent” markalı neftin aprel ayında 70-75 dollaradək bahalaşmasını gözlədiklərini bildirib. Bununla yanaşı, araşdırma mərkəzləri artıq qiymətlərin artmasına dair proqnoz verməyə başlayıb. Məsələn, “Goldman Sachs” “Brent” markalı neftin qiymətinə dair üçüncü rüb üçün proqnozunu 5  dollar artıraraq 80 dollara çatdırıb. Həmçinin “JPMorgan”, “Australia & New Zealand Banking Group”, “Citigroup” da “Brent”lə bağlı proqnozlarını artırıb. “Fitch” bazarda qıtlığın davam edəcəyini, bununla da qiymətlərin 60-70  dollar səviyyəsində qalacağını açıqlayıb. OPEC+ ekspertləri may ayında gündəlik neft qıtlığının 2,1 milyon barrel, illik isə 1,2 milyon barrel kimi pik səviyyəyə çatacağını gözləyir. “Bank of America Global Research”ın proqnozuna əsasən, “Brent” markalı neftin orta illik qiyməti 60 dollar təşkil edəcək, ikinci rübdə arabir 70 dollaradək qalxacaq. “SOCAR Trading”in baş satış direktoru Xəyal Əhmədzadə müsahibələrinin birində bildirib: “Bu yay, yaxud ilin sonunadək neftin barrelini 80 dollar, növbəti 18-24 ay ərzində isə 100 dollardan yuxarı görsək, təəccüb etmərəm”. Sözsüz ki, hazırkı vəziyyət ölkəmizə də sərfəlidir. Neftin bahalaşması nəticəsində dövlət büdcəsinə gələn əlavə vəsaitlər istər işğaldan azad olunmuş Qarabağda aparılacaq quruculuq işləri, istərsə də koronavirusla bağlı tətbiq olunmuş karantin üzündən yaşanan iqtisadi durğunluğa, belə demək olarsa, əncam çəkmək baxımından kara gələcək. Onu da xatırladaq ki, OPEC+un son iclasında çoxluğun qərarını tam dəstəkləyən Azərbaycan aprel ayında da gündəlik hasilatı birinci rübdəki kimi 595 min barrel səviyyəsində saxlayacaq. Energetika naziri Pərviz Şahbazov, neft bazarında nisbi tarazlıq yaransa da, müəyyən risqlərin davam etdiyini bildirərək tənzimləmə məsələsində ehtiyatlı yanaşmanın vacibliyini qeyd edib: “Neft qiymətlərinin cari artımı, tələbat həcmindən daha çox, dünyadakı konyunkturla bağlıdır. Ona görə də hasilat həcmini dəyişdirməyi bir qədər təxirə salmaq faydalı olacaq”.

Neftlə yanaşı, təbii qaz da qiymət artımı göstərir. Avropanın başlıca qaz satış mərkəzi olan Niderlandın TTF rəqəmsal satış mərkəzində qazın min kubmetr üçün qiyməti 229  dollara yüksəlib. Avropada qaz son bir həftə ərzində 11 %, ayın əvvəlindən isə 16 % bahalaşıb.Təbii qazın bahalaşması karbon qazı tullantılarına icazələrin bahalaşması ilə həmahəng gedir. Belə ki, karbon qazı tullantılarının daha məsrəfli olması ilə yanacaq olaraq ekoloji cəhətdən təmiz olan qaza tələbat da artır. Həmçinin bu həftə Norveçin “Aasta Hansteen” və “Gullfaks” yataqlarından Avropaya qaz tədarükü də azalır. Bütün bunlar fonunda martın 14-də Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 32,56 %-dək enib ki, bu da son 5 ilin orta səviyyəsindən 4,9 % azdır. Bu şəraitdə Azərbaycanın Avropaya satdığı qazın qiyməti artır. Beləliklə, Azərbaycan həm neft, həm də qazdan daha çox gəlir əldə edir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ