Bazar günü günü, 04 oktyabr 2026
     

Azad Qarabağ rayonlarında tikinti ölkənin bütün “iqtisadi zəncirini” hərəkətə gətirir – Dünya mediası…

Image


Azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı abadlıq-quruculuq işləri Azərbaycandan kənarda da xüsusi diqqətlə izlənilir. Artıq beynəlxalq miqyasda da qəbul olunur ki, qarşıdakı dövrdə Qarabağda aparılacaq quruculuq işləri həm bu yerlərə yeni həyat gətirəcək, həm də Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək.

Qeyd edək ki, azad edilmiş ərazilərdə quruculuq işləri hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Bu fonda gözlənilir ki, Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “Global Data” konsaltinq şirkəti də bunun artıq qaçılmaz proses olduğunu bildirir. Şirkət xatırladır ki, 2018-2019-2020-ci illərdə müvafiq olaraq 8,8%, 6,1% və 15,2% kiçilmiş Azərbaycanın tikinti sektoru Qarabağda aparılan bərpa və yenidənqurma işləri hesabına 2021-ci ildə 9,1%, 2022-2025-ci illərdə isə hər il 4,4% böyüyəcək. Şirkət tikintidə son 3 ildəki geriləməni əsasən neft qiymətlərinin azalması, koronavirus pandemiyası ilə izah edib. "Global Data"nın iqtisadçısı Deni Riçards indi vəziyyətin dəyişdiyini bildirib: "Azərbaycan hökuməti bu il Qarabağda görüləcək işlərə 1,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgədə 2 661 km yolun təmir ediləcəyini və yaxud yenidən qurulacağını açıqlayıb. Azərbaycan hökuməti ölkə iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunu artırmağı, bu investisiyaların ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisini 2,6%-dən 4%-ə çatdırmaq və bununla da qeyri-neft sektorunu gücləndirməyi planlaşdırır".

Azad edilmiş ırazilərdə quruculuq işlərinə beynəlxalq media da xüsusi diqqət edir. İspaniyanın nüfuzlu “La Vanguardia” qəzeti bu fonda yazır ki, doğma yurdlarından didərgin düşmüş azərbaycanlılar evlərinə qayıtmaq üçün genişmiqyaslı təmir-bərpa işlərinin bitməsini gözləyirlər: “Yüz minlərlə köçkün bir vaxtlar onlara mənsub olan diyarlarına - Qarabağa qayıtmaq istəyirlər və 30 illik həsrətdən sonra səbirsizlənirlər. Onları oraya tələsdirən 3-4 divardan savayı, bir izin qalmadığı dədə-baba yurdlarını tamamilə yenidən inşa etmək istəyidir. Ancaq, ilk növbədə, Azərbaycan dövləti bu əraziləri minalardan təmizləməlidir, bu, minlərlə kilometr ərazi deməkdir. 30 il əkilib-becərilmədən daş dövrünə geri qayıtmış bu ərazilərdə ilk iş elektrik dirəklərinin, yüksəkgərginlikli qüllələrin qurulması oldu. Hazırda ilk elektrik stansiyası inşa edilir.

Bir müddət bundan öncə yalnız xarabalıq və müharibə izlərinin olduğu bu ərazilərdə indi irihəcmli işlər gedir. Məsələn, minalardan təmizləmə, təmizlənmış ərazilərdə elektrik xətlərinin çəkilişi və yolların salınması buna misaldır. Füzuli rayonunda “Beynəlxalq hava limanı” yazısı ilə rastlaşmaq olar. “Azərbaycan Hava Yolları”nın nümayəndəsi Füzulidə tikilən hava limanının ölkənin ən böyük aeroportlarından biri olacağını bildirib. Ermənilər isə bu əraziləri - Füzuli və Ağdam rayonlarının bir hissəsini işğal zamanı viran qoyublar”. Məhşur “France 24” televiziya kanalı da Qarabağda mina təmizləməsi, tikinti və kommunikasiya işlərinin geniş vüsət aldığını bildirir: “Mina təmizləmə işlərinə məsul şəxs Mədəd Məmmədov minadan təmizləmə işlərinin beynəlxalq mediada işıqlandırılmasının əhəmiyyətinə toxunaraq, ermənilərin mina xəritəsini vermədiyini bildirib. Xəritə olmadığı üçün minasız yerlər də minalı kimi qəbul edilir və minatəmizləmə işləri çox vaxt aparır. Bununla belə Füzulidə aeroport tikinti sahəsində fəal iş geir. Gələn payıza qədər aeroportun istismara verilməsi planlaşdırılır. Aeroportun regionun turistik, eləcə də logistik potensialına böyük töhfə verəcəyi danılmazdır. Həmçinin, aeroportu azad edilmiş digər rayonlarla birləşdirən avtomobil yolu tikilməkdədir. Bu tikintilərdə Azərbaycan və türk şirkətləri çalışdır. Eyni zamanda, Füzulini Qarabağın mərkəzində yerləşən Şuşa şəhəri ilə birləşdirəcək ən qısa avtomobil yolunun da tikilməsi davam edir”.

Qarabağda tikinti işlərinin Azərbaycan iqtisadiyyatına təsiri də böyükdür. Hesablamalara əsasən, Azərbaycanda tikintinin məhsulundan 84 sahə faydalanır, tikinti özü isə 44 sahənin məhsulundan və xidmətindən yararlanır. Beləliklə, tikinti elə bir həlqədir ki, onun vasitəsilə bütün iqtisadi zənciri tərpətmək, eyni zamanda, həm tələb, həm də təklif yaratmaq mümkündür. Qarabağda tikinti bumu bu mənada bütün iqtisadiyyatı canlandıra bilər. İndiki şəraitdə dünyada enerji qiymətlərinin artımı da Azərbaycaan Qarabağda başlanan tikinti işlərinə daha çox vəsait ayırmağa imkan verir. Qeyd edək ki, dünya bazarlarında Azərbaycan neftinin qiyməti bahalaşır. Son məlumata görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 69,38 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir. Qiymətin tezliklə 70 dollarlıq həddi keçməsi gözlənilir. Bu da Azərbaycana əlavə maliyyə imkanları qazandırır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ