Bazar günü günü, 04 oktyabr 2026
     

Türkiyədən Azərbaycana gətirilən ərzaq və geyimdə ucuzlaşma – 15 milyard dollarlıq ticarət dövriyyəsi başlayır

Image


Azərbaycan və Türkiyə arasında əməkdaşlıq getdikcə daha da dərinləşməkdə, ən müxtəlif sahələri əhatə etməkdədir. Ekspertlər hesab edir ki, artıq bu iki ölkə iqtisadi müstəvidə də yeni güc mərkəzinin əsasını qoymaqdadır. Hər halda iqtisadi sahədə dərinləşən əməkdaşlıq da qeyd edilənlərin real təzahürü qismində çıxış edir.

Genişlənən iqtisadi münasibətlər fonunda  Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqda Preferensial Ticarət Sazişi də indi mühüm yer tutur. Belə ki, bununla bağlı 2019-cu ildə imzalanmış sazişi artıq Azərbaycan və Türkiyə parlamenti tərəfindən ratifikasiya edib. Martın 1-dən sənədin qüvvəyə minməsi ekspertlrin fikrincə, iki ölkənin ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Bundan başqa, Türkiyənin Naxçıvanda ticarət attaşesi təyin etməsi, həmçinin Azərbaycanın İstanbulda ticarət nümayəndəliyinin təsis edilməsi işlərin daha səmərəli və çevik həyata keçirilməsini reallaşdıracaq. O da mühüm haldır ki, Azərbaycanda türkiyəli iş adamları geniş təmsil olunur. Türkiyə və Azərbaycan müəssisələri qarşılıqlı olaraq sərmayə qoyuluşunda fəal iştirak edir. Azərbaycan-Türkiyə Birgə İnvestisiya Fondunun təsis edilməsi kimi təşəbbüslər, ölkələrarası iri müəssisələrin və iri layihələrin, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin gerçəkləşməsi qarşıda duran vəzifələrin daha sürətlə icrasını şərtləndirir. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir. Azərbaycanla Türkiyə arasında ticarət münasibətlərinin Preferensial Ticarət Sazişi çərçivəsində tənzimlənməsi isə iş adamlarına əlavə mühüm üstünlüklər yaradır. Çünki bu saziş mövcud şərtləri xeyli yüngülləşdirəcək.

Qeyd edək ki, preferensial, yəni seçim ticarət sazişi preferensial ticarət rejimi yaradır. Bu isə o deməkdir ki, malların hərəkətində gömrük taariflərin azaldılması və ya ləğvi və ya buna bənzər imkanlar yaradılır. Sazişin tətbiq olunacağı güzəştli mallar siyahısında Azərbaycandan Türkiyəyə ixrac ediləcək kənd təsərrüfatı məhsulları, o cümlədən  pendir, meyvə-tərəvəzlər, qara çay, şokolad və şirniyyat məhsulları, diabet xəstələri üçün alma, ərik və sair meyvə püreləri və sair məhsullar, Türkiyədən isə diabet xəstələri üçün nəzərdə tutulan qida məhsulları, qənnadı məmulatları, şokolad və şirniyyat məhsulları, qurudulmuş meyvə və sair məhsulları yer alıb. Sazişin əhatə etdiyi siyahıda bəzi polad məhsulları, dəzgah, avadanlıq, aparat və ya nəqliyyat vasitəsi ilə birlikdə göndərilən və onların istismarı üçün istifadə olunun aksessuarlar, ehtiyat hissələri və alətlər, sənaye və qablaşdırma məhsulları da var. İş adamları bildirir ki, Türkiyədən Azərbaycana mallar orta hesabla 15 faiz gömrük rüsumu ilə gəlir. Preferensial ticarətdə sözügedən 15 adda mala indiyədək tətbiq olunan bu 15 faiz aradan qaldırılır.Gömrük rüsumunun ləğvinin tətbiq ediləcəyi məhsullarda 15 faizlik ucuzlaşma istehlakçılar üçün sərfəlidir. Bu, o deməkdir ki, Azərbaycanda Türkiyə, Türkiyədə də Azərbaycan məhsulları ucuzlaşacaq.

Türkiyəli iş adamı Murat Uçar məsələ ilə bağlı BBC-yə açıqlamasında bildirir  ki, saziş Türkiyə və Azərbaycanlı iş adamlarının ticarətdə vəziyyətini yaxşılaşdırmağa yönəlib. Onun sözlərinə görə, sazişin məqsədi gömrük tarifləri, iş adamlarının vəziyyətini hər iki ölkə gömrüyündə çətinləşdirən bəzi şərtləri, problemləri aradan qaldırmaqdır: "Bu sazişdən sonra iki ölkə arasında əlavə 15 milyard dollarlıq bir ticarət dövriyyəsi yarana bilər”. Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, Türkiyədən Azərbaycana əsasən iri ev quşları, iri heyvanlar, ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları və digər məişət məhsulları idxal edilir. Artıq bu məhsullar ölkəmizdə ucuzlaşacaq. Azərbaycandan isə Türkiyəyə əsasən, neft-qaz məhsulları, bəzi sənaye məhsulları və digərləri ixrac edilir. Qeyri-neft sektorunda isə əsas məhsul kateqoriyalarını pambıq, plastik və polimerlər, alüminium təşkil edir. Azərbaycan Türkiyəyə, həmçinin kənd təsərrüfatı məhsulları, pendir növləri, çay, meyvə-tərəvəz də ixrac edir. Murad Uçarın fikrincə isə, saziş digər ölkələrlə rəqabətdə üstünlük əldə etməyə imkan verəcək: "Deyə bilərik ki, azərbaycanlı iş adamları Azərbaycanda istehsal olunmuş malları Türkiyədə, türkiyəli iş adamları isə ölkəsində istehsal edilmiş məhsulları gömrük tarifləri olmadan rahat sata biləcəklər. Bəzi məhsullarda ekstra dediyimiz vergilər var. Deyək ki, eyni məhsul Türkiyədən gəlir, İrandan gəlir, Rusiyadan da gəlir. Bu məhsul Türkiyə Gömrük Birliyinə daxil olduğu üçün Avropa mənşəli kimi görünür və buna görə də fərqli tariflər, fərqli şəkildə qiymətləndirilə bilir. Yanlış anlaşılmalar, bəlli olmayan sahələr iş adamlarının məhsullarının gömrükdə gözlədildiyi üçün yaşadığı çətinliklərin bir çoxu bu sazişlə ortadan qaldırıla biləcək". Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangın hesab edir ki, bu saziş həm də hər iki ölkənin biznes adamlarının təcrübə mübadiləsinə səbəb olacaq:  "Saziş türk iş adamlarının geniş ticarət təcrübəsini azərbaycanlı iş adamları ilə paylaşmasına imkan verəcək. Bir tərəfdən də Azərbaycanın Rusiya iş adamları ilə biznes təcrübəsi var. Bu da bizdə əskik idi. İndi bundan sonra bu iki qüvvə birləşir". Yangın hesab edir ki, mal və məhsulların müəyyən qisminin gömrükdən rüsum ödəmədən keçməsi hər iki ölkənin satınalma gücünə böyük dəstək verəcək. Lakin o vurğulayır ki, hazırda Azərbaycanda bizneslə məşğul olan Türkiyədən olan şəxslərin geri qalan əsas problemlərdən biri bank kreditlərini uyğun faizlə əldə etməkdir. O bildirir ki, Azərbaycanda verilən faiz dərəcələri ilə kredit götürmək və geri ödəmək xeyli çətinlik yaradır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ