Cümə axşamı günü, 15 oktyabr 2026
     

Manatın sabitliyi Türkiyə məhsullarını Azərbaycanda ucuzlaşdırmağa başladı

Image


Azərbaycanın ticarət sahəsində də əsas tərəfdaşlarından biri olan Türkiyədə son dövrlərdə milli valyuta sürətlə dəyər itirməkdədir. Türkiyə lirəsinin dollar və digər varici valyutalar, o cümlədən manat qarşısında da dəyər itirməsinin Azərbaycanın qardaş ölkə ilə ticarət dövriyyəsinə necə təsir edəcəyi xüsusi maraq doğurur.

Qeyd edək ki, son günlərdə Türkiyədə dolların qiymətində indiyə qədər görünməmiş artım qeydə alınıb. Artıq 1 dollar 7,4 lirəyə bərabərdir. Eyni vaxtda, bir avro 8,77, funt-sterlinq isə 9,7 lirə təşkil edir.Bəzi ekspert proqnozlarına görə, lirə dəyər itirməkdə davam edəcək. Bunun başlıca səbəbləri arasında koronavirus pandemiyası üzündən qonşu ölkədə iqtisadi vəziyyətin gərginləşməsi, o cümlədən turizm sektorundakı böhran vəziyyəti göstərilir. Ötən il Türkiyəyə turizmdən təxminən 38 milyard dollara yaxın valyuta daxil olmuşdu. Turizmin gətirdiyi valyuta tədiyyə balansında kifayət qədər müsbət rol oynayırdı. Amma hazırda pandemiya üzündən vəziyyət dəyişib. Eyni zamanda, əsasən yüngül sənaye və avtomobil ixracından da ölkəyə valyuta gəlirdi. Türkiyənin əsas ixracat bazarları Avropa İttifaqı ölkələri idi. Hazırda bu sahədə də vəziyyət ürəkaçan deyil. İxracda Avropa İttifaqı istiqamətində təxminən 25 faizə yaxın azalma var və bu da valyuta daxilolmalarını kifayət qədər zəiflədib. Bu isə tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Məşhur “Goldman Sachs”ın məlumatına görə, cari ilin əvvəlində Mərkəzi Bank lirənin məzənnəsini saxlamaq üçün 65 milyard dollarlıq intervensiya edib ki, bu da bütövlükdə ötənilki həcmdən daha çoxdur. Nəticədə ölkənin valyuta və qızıl ehtiyatları 89,5 milyarddan 46,6 milyard dollaradək geriləyib. Həm də həmin vəsaitin bir hissəsi yerli banklardan borc götürülüb. Ona görə də Türkiyə baş bankının borcları malik olduğu vəsaitdən daha çoxdur. Digər tərəfdən, Türkiyədə valyuta daxilolmaları azalsa da, valyutaya ehtiyac azalmır, çünki təkcə özəl sektorun xarici borcu 187 milyard dollardır. Hər ay təxminən 10-12 milyard dollara yaxın məbləğ özəl sektorun xarici borcunun qaytarılmasına getməlidir. Bu səbəbdən ölkədə xarici valyutaya tələb yüksəkdir. Ekspertlərin qənaətinə görə, hazırda Türkiyə lirəsinin məzənnəsini sabitləşdirməyin yeganə yolu qalıb, o da faiz dərəcəsini artırmaqdır. Amma hökumətin fikrincə, kreditlərin bahalaşması iqtisadi artımı ləngidə bilər. Ona görə də, ekspertlərin fikrincə, hökumət faiz dərəcəsini artırmamaq üçün sona qədər səy göstərəcək. Bu halda lirənin bundan sonra da dəyər itirməsi qaçılmaz sayılır. Təbii ki, baş verənlər Türkiyə ilə sıx iqtisadi əlaqələrə malik Azərbaycana da təsirsiz ötüşmür. Bir sıra ekspertlər hesab edir ki, türk lirəsinin ucuzlaşması Azərbaycana iqtisadi baxımdan daha çox, sosial aspektdə müsbət təsir edir. Məsələn, iqtisadçı Samir Əliyev bu xüsusda qeyd edir:“Lirə ucuzlaşmaqda davam edir. 2020-ci ildə türk valyutasının məzənnəsi 1 dollara görə 5,95 lirədən 7,4-dək düşüb. Bunun səbəbini ölkənin tədiyyə balansına baxanda görmək olar: xarici ticarətdə idxal ixracı üstələyir, ölkəyə edilən sərmayələr dayandırılıb. Türkiyədə cari hesabların balans defisiti 2020-ci ilin yanvar-may aylarında 3,8 milyard dollar təşkil edib. Bir il əvvəl analoji dövrdəki defisit 1 milyard dollar olmuşdu. Eyni zamanda Türkiyə Azərbaycana aparıcı məhsul idxal edən ölkələrdən biridir. Müxtəlif illərdə bu siyahıda Rusiya ilə birinci-ikinci yerləri bölüşür. Lirənin ucuzlaşmasının sayəsində Türkiyədə istehsal olunan məhsullar dollarla hesablandıqda ucuz düşür. 

Dünyada pandemiya və sərhədlərin bağlanmasına görə yaranmış vəziyyət səbəbindən onlayn ticarət sürətlə artır və azərbaycanlılar getdikcə Türkiyədən daha çox məhsul sifariş edirlər. Bu təəccüblü deyil, çünki məzənnə amilinə görə bu ölkədən alış-veriş azərbaycanlılar üçün Avropadan nəsə almaqdan xeyli sərfəli olub. Avronun dollara qarşı möhkəmlənməsini nəzərə alsaq, bu o deməkdir ki, Avropa İttifaqı ölkələrinin valyutası manata qarşı da möhkəmlənir. İndi Avropadan nəsə almaq o qədər də əlverişli deyil". Onun sözlərinə əsasən, türk lirəsinin məzənnəsinin düşməsi Azərbaycandakı türk brend dükanlarının biznesinə mənfi təsir göstərir, çünki analoji məhsulları Türkiyədən almaq daha ucuzdur və onların onlayn alınması bəzən ölkəmizdə onları almaqdan dəfələrlə ucuz başa gəlir.
Eyni zamanda Azərbaycanın Türkiyəyə ixracı əsasən karbohidrat xammaldan ibarətdir. Onun hesablaşması isə dollarla aparılır, yəni bu kontekstdə türk lirəsinin zəifləməsi Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərmir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycana 868,4 milyon dollar dəyərində Türkiyə məhsulu idxal edilib. Ümumilikdə isə Azərbaycana idxal olunan bütün məhsullar arasında Türkiyə idxalının payı 14,7%-dir. İndilikdə Türkiyədən Azərbaycana daha çox mal gətirilməsi üçün stimul yaranır. Çünki manatın məzənnəsi uzun müddətdir sabit qalıb. Lirə ucuzlaşdıqca iş adamları üçün də Türkiyədən ölkəmizə daha çox mal gətirmək sərfəli hala gəlir.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ