Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dünya ölkələrinin dollardan imtina prosesi başladı

Image


Dünya iqtisadiyyatında yaşanan çətinliklər maliyyə sferasına getdikcə daha çox təsir göstərməkdədir. Bu xüsusda maraq doğuran məsələlərdən biri də ABŞ dolları ətrafında baş verənlərdir. Hazırda ABŞ iqtisadiyyatında yaşanan problemlər dollara da təsir edir və onun mövqeyini zəiflədir. Bu durumda dolların əsas valyuta olmasına qarşı çıxan ölkələrin aktiv fəaliyyətə keçməsi də prosesə təsir edir.

Hazırda qeyd edilən istiqamətdə Çinin fəaliyyəti daha çox nəzərə çarpır. Belə ki, Çin hökuməti milli valyutası yuanın beynəlxalq əməliyyatlarda istifadəsini daha da genişləndirmək məqsədilə əcnəbi mərkəzi banklarda valyuta ehtiyatı qismində toplanmasını təşviq etmək üçün xüsusi pilot proqramını işə salıb. Çin Xalq Bankı yuanın beynəlxalq miqyaslı valyutaya çevrilməsindən  sonra əcnəbi sərmayədarlar tərəfindən daha geniş istifadə olunacağını güman edir. Onu da bildirək ki, bu il də, koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, yuanın beynəlxalq əməliyyatlarda istifadəsi artmağa davam edir. Belə ki, ekspertlərə görə, hazırda xarici ölkələrin mərkəzi banklarının 70 faizindən çoxu qızıl və valyuta ehtiyatlarına yuanı daxil edib. Yuanla yanaşı, avro da son dövrlərdə dollara qarşı mövqeyini möhkəmləndirir. Bu durumda ən böyük enerji satıcılarından biri olan Rusiya Çinlə ixracat hesablaşmalarında artıq dollara deyil, avroya üstünlük verir. Rusiya iqtisadiyyatında “dollarsızlaşdırma”ya yönəlik qurulan strategiyaya uyğun olaraq, eləcə də sanksiyalardan qaçmaq üçün Kreml bununla bağlı müvafiq qərar qəbul edib. “Bloomberg” agentliyinin xəbərinə görə, Çin bu ilin birinci yarısında  Rusiyadan aldığı əmtəələrin 50%-nin hesabını avro üzərindən həyata keçirib.  Rusiya Avropa ilə də ticarəti əsasən avro üzərindən həyata keçirir. Məlumata  görə, Rusiyanın Avropa Birliyinə ixracatında da avronun payı 38%-dən 43%-ə yüksəlib.

Məhşur “Goldman Sachs” bankı analitiklərinin fikrincə, ABŞ iqtisadiyyatı dirçələnədək dolların mövqeyi zəif olaraq qala bilər. Bank mütəxəssislərinə görə, dövrilik nöqteyi-nəzərindən dolların yüksək nəticələr göstərməsi üçün hələ kifayət qədər münasib şərait yoxdur. Analitiklərin fikrincə, ABŞ-da istehlak tələbinin artım tempi yüksək olmalıdır, lakin yaxın günlərdə, çətin ki, bu baş versin:“Nə vaxt ki, investorlar iqtisadiyyatın dirçəliş mərhələsinin yarandığını hiss edəcək, o zaman onların amerikan aktivlərinə inamı artacaq və bu da öz növbəsində dolların mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq. Amma hələlik bu, yaxın tezlikdə baş verməyəcək”. “Goldman Sachs” analitikləri əvvəlkitək hesab edirlər ki, avronun dollara qarşı kursu artmaqda davam edəcək. Yeri gəlmişkən qeyd edək ki, son bir neçə həftədə Azərbaycanda avro təxminən 10 faiz ətrafında bahalaşıb. İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanda digər valyutaların məzənnəsi çarpaz məzənnə formasında dollara nisbətdə müəyyənləşir:"Manatın dollara nisbəti və dolların digər valyutalara nisbətində ortaya çıxan orta rəqəm məzənnə olur. Buna görə də, faktiki olaraq, dünya bazarlarında avronun möhkəmlənməsi istiqamətində davam edən dinamika Azərbaycanda da avronun möhkəmlənməsini şərtləndirən əsas məqamlardan biridir. Təxminən 3 ay bundan əvvəl 1 avro 1,1 dollara qədər ucuzlaşmışdı. Hazırda isə yenidən 1,2 dollar istiqamətində dinamika müşahidə olunur. Avronun bahalaşması Azərbaycanda digər valyutaların məzənnəsinin formalaşdırılması üçün qurulmuş sistemdən, yəni çarpaz məzənnə mexanizmindən və dünya bazarlarında avronun möhkəmlənməsi istiqamətində davam edən dinamikadan qaynaqlanır".

Ekspert qeyd edib ki, hazırda ABŞ-ın Federal Ehtiyat Sistemi daha yumşaq dollar siyasəti həyata keçirir: "Eyni zamanda, ABŞ iqtisadiyyatında çox ciddi geriləmə müşahidə olunur. Həmçinin koronavirusa yoluxma səviyyəsi ən ciddi ABŞ-da qeydə alınıb. Tramp administrasiyası pandemiya ilə əlaqəli prosesləri tam idarə edə bilmir. Bu da investorlarda marağın azalmasına gətirib çıxarır. Dolayısı ilə avro dollara nisbətdə möhkəmlənir və beləcə Azərbaycanda avro bahalaşır. Dolların ucuzlaşmasına, xüsusilə yenidən xarici ticarət əlaqələri ilə bağlı gərginliyin artması kimi məqamlar da təsir göstərib. Bu da avronun möhkəmlənməsini şərtləndirib”. Ekspert bildirib ki, manatın məzənnəsi dollara nisbətdə müəyyənləşir:"Dollara nisbətdə manatın məzənnəsi sabit saxlanıb. Dünya bazarında dolların digər valyutalara pariteti var və Azərbaycanda həmin nisbəti 1.70-ə vurmaqla digər məzənnələr müəyyən edilir. Buna çarpaz məzənnə deyilir. Avro dünyada ucuzlaşanda bizdə də ucuzlaşacaq".

Qeyd edək ki, avronun məzənnəsi artıq  2 manatı keçib. Dollara qarşı dünya miqyasında addımlar davam edəcəyi təqdirdə avronun məzənnəsinin daha da artması gözlənir. Bu durum davam edərsə, bir çox ölkələr kimi, Azərbaycanın da valyuta ehtiyatlarının tərkibini yenidən nəzərdən keçirməsi qaçılmaz sayılır. Hesab edilir ki, belə vəziyyətdə Azərbaycanın valyuta ehtiyatlarının tərkibində qızıl ehtiyatlarını artırması daha məqbul variantdır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ