Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan bu dəfə Pakistanın xilaskarına çevrilir...

Image


Azərbaycanda yeni karbohidrogen yataqlarının istismarı istiqamətində atılan addımlar ölkəmizin bundan sonra da dünya enerji bazarında əsas oyunçulardan biri olaraq qalmaqda davam edəcəyini deməyə əsas verir. Bu durumda təsadüfi deyil ki, bəzi ölkələr enerji ehtiyatlarının təmin edilməsində Azərbaycanla əməkdaşlığı artıq prioritet istiqamət olaraq seçir. Məsələn, Belarus üçün Azərbaycandan neft idxalının artırılması bu gün həyati əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan nefti tankerlər vasitəsilə Belarusa çatdırılır və Minsk bu həcmin daha da artırılmasında maraqlıdır.

Hadisələrin real inkişafı göstərir ki, Azərbaycan nefti digər bir ölkənin də enerji resursları ilə təminində həyati əhəmiyyət kəsb edə bilər. Söhbət Azərbaycanın əsas müttəfiqləri sırasında yer alan Pakistandan gedir. Məsələ burasındadır ki, Pakistan enerji baxımından Yaxın Şərq ölkələrindən asılıdır. Bu isə bir sıra hallarda ölkəyə çətinlik yaradır. Məsələn, son məlumatlara görə, Səudiyyə Ərəbistanı Pakistana neft alması üçün ayırdığı krediti dayandırıb. “The Economic Times” nəşri yazır ki, belə bir addım Səudiyyənin nüfuzu altındakı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Kəşmir problemində süst davrandığı üçün Pakistanın tənqidlərinə cavab olaraq atılıb. Ötən həftə Pakistan xarici işlər naziri Şah Məhmud Küreşi İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Kəşmirə həsr olunmuş sessiya çağırılmasa, təşkilatın bəzi üzvlərini bu qurum çərçivəsindən kənarda xüsusi sessiya keçirməyə çağıracaqlarını bildirmişdi. Hazırda Pakistan Səudiyyə Ərəbistanından sözügedən kredit çərçivəsində aldıqları 1 milyard ABŞ dollarını geri qaytarmalıdır. Bütövlükdə 3 milyard dollar məbləğindəki kreditin daxil olduğu 6,2 milyard dollar həcmindəki yardım zərfi 2018-ci ilin noyabr ayında Səudiyyə Ərəbistanı tərəfindən açıqlanaraq ötən ilin fevral ayında vəliəhd Məhəmməd bin Salmanın İslamabada səfəri zamanı imzalanmışdı. Amma indi bu kredit dayanır və Səudiyyə Ərəbistanı Kəşmir problemini Hindistanın daxili məsələsi olaraq gördüyünü bildirir. Halbuki, bu məsələdə Azərbaycan Pakistana tam dəstək verir. Eyni zamanda, ölkəmiz Pakistanın enerji tələbinin ödənilməsində də dəstəyini göstərməyə hazırdır.

Xatırladaq ki, hələ ötən il Pakistana 100 milyon dollar məbləğində Azərbaycan neftinin tədarükünə dair saziş imzalanıb. Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand isə bildirir ki, Pakistanda enerji ehtiyatlarının ciddi qıtlığı var və İslamabad digər ölkələrdən neft alır. İndi bu sıraya Azərbaycan da daxildir. Neft alışı ilə bağlı proses hələ 2017-ci ilin fevral ayında Prezident İlham Əliyevin Pakistana səfəri zamanı başlayıb. Qarşıdakı dövrdə isə Azərbaycan tərəfindən Pakistanın enerji sektoruna sərmayələrin yatırılması gözlənir. Məsələ cari ildə Bakıda olan Pakistanın nümayəndə heyətinin SOCAR-ın rəhbərliyi ilə görüşü çərçşivəsində müzakirə olunub. Pakistan bununla Yaxın Şərq ölkələrindən ifrat enerji asılılığını azaltmağı hədəfləyir. Ölkə Mərkəzi Asiya dövlətlərindən neft və qaz idxalına başlamağa hazırdır. Bunun üçün Mərkəzi Asiya dövlətlərindən neft və qaz Azərbaycan üzərindən keçməklə Pakistana çatdırılacaq. Indilikdə Azərbaycan Pakistana xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz ixrac etmək üçün bütün imkanlara malikdir və qeyd edilən istiqamətdə artıq müəyyən addımlar da atılıb. SOCAR Pakistanda maye qaz və mayeləşdirilmiş neft qazı terminalının tikilməsində maraqlıdır. Həmçinin SOCAR-la neft-qaz anbarları üzrə birgə müəssisənin yaradılması nəzərdən keçirilir. Pakistan və Azərbaycan arasında neft və qaz hasilatı üzrə sınaqların keçirilməsi üçün laboratoriyanın yaradılması və birgə araşdırmalar aparılması barədə də razılığa gəlinib. Bunlar fonunda qarşıdakı dövr ərzində Azərbaycandan Pakistana neft və neft məhsullarının göndərilməsi istiqamətində əməli addımlar atılması gözlənir. Tərəflər digər istiqamətlərdə də əməkdaşlıq etməyi düşünür. Məsələn, tekstil, kimya və digər məhsulları Pakistan Azərbaycanda istehsal etmək istəyində olduğunu bildirir. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Ölkə bu sahədə təcrübəsini Azərbaycanla da bölüşmək niyyətindədir. Pakistanın Azərbaycandakı səfiri isə onu da qeyd edir  ki, Pakistanda əczaçılıq inkişaf etmiş sektordur:"Hazırda bu sahədə ölkədə 2000-dən çox farmakologiya müəssisəsi var. Bizim bu sahədə böyük təcrübəmiz var. Mən ölkəmizdən olan biznesmenlərlə bu sahədə müzakirələr aparmışam. Onlar Azərbaycanda bu sahəyə investisiya yatırmaq istəyirlər. Pakistanlı biznesmenlər Azərbaycan bazarı ilə yanaşı, öz dərman məhsullarını MDB ölkələrinin bazarlarına da çıxarmağı hədəfləyirlər". Bütün bunlar isə qarışdakı dövr ərzində Azərbaycan və Pakistana kifayət qədər böyük üstünlüklər və daha dərin əməkdaşlıq vəd edir.

Xatırladaq ki, hərbi sahədə də əməkdaşlıq dinamik inkişaf edir. Artıq bilindiyi kimi, Azərbaycan Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almaqda maraqlıdır. Tərəflər arasında bununla bağlı indiyədək bir neçə dəfə danışıq keçirilib. Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 “Thunder” təyyarələrinin uçuş və atışlarını izləyib. Pakistan bəyan edir ki, təyyarənin satışında heç bir problem yoxdur.  Bu durumda qarşıdakı dövrdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi gözlənir.

Ramil QULİYEV


 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ