Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.
Trend-in məlumatına görə, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən, birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur: Turan Tovuz (I Divizion) 1.Qocayev Sənan – futbolçu 2. Rüstəmov Misir – futbolçu 3. Bağırov Emin – futbolçu 4. Sadıqov İlkin – futbolçu 5. Məmmədov Rüfət – futbolçu 6. Tağıyev Eltay – futbolçu 7. Quluzadə Şahin – futbolçu Ağsu (I Divizion) 1. Kərimov Rəşad – İcraçı direktor 2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi 3. Hacıyev Ənvər – klubun işçisi 4. Əliyev Ramil – futbolçu 5. İbrahimov Vüsal – futbolçu 6. Əmrahov Qalib – futbolçu 7. Əliyev Elçin – futbolçu 8. Əliyev Məhəmməd – futbolçu 9. Həşənov Şamo – futbolçu 10. Mirzaliyev Ruslan – futbolçu 11. Quliyev Orxan – futbolçu 12. Rəhimov Fərrux – futbolçu 13. Həşimov Elçin – futbolçu 14. Babayev Malik – futbolçu 15. Kərimov Ramil – futbolçu 16. Mustafayev Vüsal – futbolçu 17. Məmmədov Kənan – futbolçu Zirə (I Divizion) 1. Əliyev Səbuhi – futbolçu Uğur FK (region liqası) 1. Məhərrəmov Cəmşid – futbolçu Ağsu Siti (region liqası) 1. Alhüseynli Tuqay – futbolçu Alyans FK (region liqası) 1. Rəhimli Cəmil – futbolçu Qeyd edək ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.