Bu gün Bakıda Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu ictimaiyyətə təqdim olunub. Trend-in məlumatına görə, 2016-cı ilin mart ayında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən elan olunan Milli Yaradıcılıq Müsabiqəsinə 600-dən çox müxtəlif rəsm daxil olub.
Müsabiqə başa çatandan sonra Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi bütün rəsmləri müzakirə edərək Musa Gənciyevin müəllifi olduğu maskotu qalib elan edib.
Ümumdünya Şahmat Olimpiadasının maskotu "Şah Oğlan" (CHESS MATE) adlandırılıb.