şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan Əlillər Futbolu Federasiyasının yaz turniri başa çatıb

Image


Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı, AFFA, Bakcell şirkəti və Sahə Futbol Federasiyasının dəstəyi ilə eşitmə qabiliyyəti məhdudlar arasında futzal üzrə ənənəvi yaz turniri olub. Mayın 2-4-də keçirilən turnirdə mübarizəyə 3 saylı Xüsusi İnternat Məktəbinin "Şimşək", "Zirvə", 2 saylı Xüsusi İnternat Məktəbinin "Ümid" və həmin məktəblərin məzunlarından ibarət "Birlik" komandası qoşulub.
Turnirin açılış mərasimində nitq söyləyən federasiya rəhbəri Şaiq Həmidov idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Federasiyanın fəaliyyətindən və ölkəmizdə idmanın inkişafından danışan Şaiq müəllim əlavə edib ki, belə turnirlərin keçirilməsi olduqca faydalıdır. "Azərbaycan Əlillər Futbolu Federasiyası 2007-ci ildən fəaliyyət göstərir. Federasiyamızın əsas məqsədi eşitmə qabiliyyəti məhdud insanların futbola cəlb edilməsi, onlar arasında futbolun təbliğ edilməsidir. Yaxşı bilirik ki, idman insanlara fiziki və mənəvi cəhətdən olduqca müsbət təsir edir, psixoloji cəhətdən güclü olmağa gətirib çıxarır. Belə turnirlərin keçirilməsi, futbolun inkişafı ilə bərabər, perspektivli futbolçuların təyin edilməsinə xidmət göstərir. Onu da deyim ki, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirildi. Respublikamızda futbolun inkişafı yolunda uğurlu addımlar atılır. Federasiyamızın əsas məqsədlərindən biri eşitmə qabiliyyəti məhdud olanlar arasında futbolun kütləviliyinə nali olmaqdır", - deyə federasiya rəhbəri bildirib.

Gərgin keçən mübarizədə turnirin ən yüksək zirvəsinə "Birlik" komandası ucalıb

Qeyd edək ki, federasiya ənənəvi olaraq eşitmə qabiliyyəti məhdudlar arasında ildə üç dəfə- yaz, payız və 3 dekabr-Beynəlxalq Əlillər Gününə həsr olunan futzal turniri keçirir.
Gərgin keçən mübarizədə turnirin ən yüksək zirvəsinə "Birlik" komandası ucalıb. "Zirvə" komandası II, "Şimşək" komandası isə III pillədə qərarlaşıb. Yarışda fərqləndiyinə görə "Zirvə" klubunun idmançısı Güləli Baxşıyev "Ən yaxşı oyunçu", "Birlik" klubunun futbolçuları Mürşüd Hüseynov "Ən yaxşı qapıçı", İslam Əliyev isə "Məhsuldar idmançı" adına layiq görülüb. Qalib komandalar diplom və medallarla mükafatlandırılıblar.
Məlumat üçün bildirək ki, Şaiq Həmidov Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti olmaqla bərabər, həm də Azərbaycan Paralimpiya Komitəsinin vitse-prezidentidir. Paralimpiyaçılarımızın necə çətinliklərlə medal qazandıqlarını daha yaxşı bilən Şaiq müəlim bildirdi ki, idmançıların qazandıqları hər bir medal böyük zəhmətin nəticəsində əldə olunur. "Heç bir idmançı qələbəyə asanlıqla sahib olmur. Göstərilən diqqət, qayğı idmançını qələbə qazanmağa daha da həvəsləndirir. Onlar məsuliyyət qarşısında olduqlarını yaxşı bilirlər. Elə bu məsuliyyət də idmançını qələbəyə aparır. Mən fəxr edirəm ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir, Vətənimiz gündən-günə çiçəklənir, yeni görkəm alır. Belə gözəl ölkədə əlbəttə ki, insan gözəl işlərlə məşğul olmaq, yaşamaq, yaratmaq istəyir. Olimpiya və Paralimpiya oyunlarında ölkəmizi ən güclü idmançılar təmsil edirlər", - deyə Şaiq müəllim bildirdi.

"Bu gün ölkəmiz bütün sahələrdə yüksək sürətlə inkişaf edir"

Paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, fədakarlıq göstərərək idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar.Sevindirici haldır ki, ölkəmizdə Paralimpiya Hərəkatı sürətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçımız İlham Əliyevin idmana göstərdiyi böyük diqqət nəticəsində ölkəmizdə idman daha da inkişaf edir. İdman sahəsində qazandığımız nailiyyətlər isə ğöz qabağındadır. İndi idmanla hamı məşğul olmaq istəyir. İdmançı olmaq, yarışlarda vətənimizi təmsil etmək böyük şərəfdir. Bu şərəfli işlə məşğul olan bütün idmançılar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, onlara böyük qayğı və diqqət göstərilir.
Şaiq Həmidov əlavə etdi ki, ölkəmizdə Milli Paralimpiya Komitəsinin yaradılması, Paralimpiya Hərəkatının başlanması dahi lider Heydər Əliyevin adı ilə bağlıdır. "Böyük şəxsiyyətin varlığı Azərbaycanın bütün sahələrdə inkişaf etməsinə, çiçəklənməsinə gətirib çıxardı. Bu gün inkişaf etmiş Azərbaycanı bizlərə məhz ulu öndər Heydər Əliyev bəxş edib. Bu gün ölkəmiz bütün sahələrdə yüksək sürətlə inkişaf edir. Azərbaycanda müxtəlif beynəlxalq idman yarışları keçirilir,vətənimiz dünya və Avropa çempionatlarına ev sahibliyi edir, Paralimpiya oyunlarında müvəffəqiyyətlə iştirak edir. İlk Avropa Oyunları kimi mötəbər bir yarışın ölkəmizdə keçirilməsi də ən böyük uğurlarımızdan biridir. Ümid edirəm ki, bir neçə ay sonra paralimpiyaçılarımız Rio- de- Janeyroda böyük qələbələr əldə edəcəklər", - deyə Şaiq müəllim bildirdi.
R.Jalə





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:10
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ