Rusiya 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə kimi təsdiq edilə bilər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski deyib.
Onun sözlərinə görə, bununla bağlı qərar Avropa Olimpiya Komitəsinin mayda İspaniyada keçiriləcək ikinci iclasında verilə bilər.