Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu "Lans”la bağlı yeni məlumat yayılıb. Komanda.az-ın məlumatına görə, yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə "Lans”ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni "bu, azərbaycanlılar arasında olan problemdir” kimi xarakterizə etmişdi.
Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir. Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdır. Bu, Anar Məmmədovdur - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu "Qarant Holdinq”in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.