Dağıstanda ötən gecə Mahaçqalanın "Anji-2" futbol klubunun oyunçusu güllələnib. "Anji-2" klubu Rusiya PFL peşəkarlar futbol liqasının 2-ci divizonunda çıxış edir.
Dağıstan DİN-ə istinadən Rusiyanın İnterfax agentliyi futbolçunun Novokuli qəsəbəsində gülləndiyini xəbər verib.
Məlumata əsasən futbolçu hadisə baş verdikdən sonra xəstəxanaya çatdırılıb və orada keçinib.