çərşənbə axşamı günü, 25 avqust 2026
     

"Avropanın bir sıra məşhurlarının "Bakı-2015"i izləyəcəyi gözlənilir" - MÜSAHİBƏ

Image


Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin apasport.az saytına müsahibəsi

- 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları nəinki qitənin, bütün dünyanın diqqət mərkəzindədir. Yarışa hazırlıq işləri necə gedir və idman obyektlərinin fevralın 1-dək təhvil verilməsində hansısa problem olmayacaq ki?

- Bəzi obyektlər artıq tam hazırdı. Tikintisi davam edən digər bütün obyektlərin gələn ilin iyununda keçiriləcək Avropa Oyunlarına qədər hazır olması üçün iş sürətlə davam edir. Atletlər kəndi ilə Milli Gimnastika Arenasında hər şey yekunlaşıb. Bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı məhz həmin arenada yüksək səviyyədə təşkil olunub. Biz bu il mayın sonunda Tofiq Bəhramov adına Respublika stadionda Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarını keçirdik. Bu tədbirlər bizə Oyunlardan düz bir il əvvəl əməliyyatlarımızı sınaqdan keçirmək imkanı verdi.

- Komandaların Avropa Oyunlarına sifariş ərizələri nə vaxtdan başlayacaq? Yarışa qatılacaq 6 min iştirakçıdan neçə idmançının lisenziya qazandığı bilinirmi?

- Mövcud olan yer kvotasının 52 faizə yaxını artıq I Avropa Oyunlarında yarışmaq üçün idmançıları seçəcək Avropa Milli Olimpiya Komitələrinə ayrılıb.

- Azərbaycan millisinin Avropa Oyunlarında 20 idman növünün hamısında təmsil olunacağı bəllidi. Bəs ölkəmiz adından 253 dəst medal uğrunda neçə idmançının mübarizə aparacağı dəqiqləşibmi?

- Əksər idman növlərində Milli Olimpiya Komitələri üçün kvota yerlər ayrılıb və idmançıların seçilməsi onların öz öhdəsinə buraxılıb. Milli Olimpiya Komitələrinə "Bakı-2015”də yarışacaq idmançıların namizədliyini irəli sürmək üçün verilən müddət mayın 1-də başa çatacaq. Bu, Azərbaycan idmançılarına da aiddi.

- Bakı-2015-in mükafatları hazırdımı? Əgər hazırdırsa, medalların çəkisi nə qədərdi, üzərində hansı təsvirlər var?

- Hazırda "Bakı-2015"in medalları tərtibat və istehsal mərhələsindədi. Medallar 2015-ci ilin əvvəlində ictimaiyyətə təqdim ediləcək.

- İdmançıların Olimpiya kəndinə gedib-gəlməsi üçün artıq hansısa nəqliyyat şirkəti ilə razılıq əldə olunubmu?

- İdmançıların Atletlər kəndinə və hər hansı yarış obyektinə getməsi üçün nəqliyyat vasitəsi ilə təmin edilməsi Nəqliyyat Nazirliyi ilə birlikdə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin öhdəsindədir.

- Yarışlar zamanı Bakıda ictimai nəqliyyatın qrafikində dəyişiklik nəzərdə tutulubmu?

- Bəli, Oyunlar zamanı bütün nəqliyyat dəyişdirmə nöqtələrinin və yarış obyektlərinin əlaqələndirilməsi üçün ictimai nəqliyyat cədvəlinə bəzi dəyişikliklərin ediləcəyi gözlənilir. Oyunlar yaxınlaşdıqca bütün məlumatlar ictimaiyyətə təqdim ediləcək.

- Həmin vaxt Bakıya müxtəlif ölkələrdən xeyli turistin gələcəyi gözlənilir. Necə fikirləşirsiniz, qonaqların paytaxtımızda məskunlaşması üçün otel baxımından problem yaranmayacaq ki?

- Belə bir problemin olmayacağına tam əminik. Bakıya gələcək bütün turistlər üçün kifayət qədər otel olacaq.

- Azərbaycan indiyədək bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Ölkəmizə gələn qonaqlar da Azərbaycanın tarixi yerləri ilə yaxından tanış olublar. Bakı-2015-in iştirakçıları üçün hansı ekskursiyalar həyata keçiriləcək?

- Bəli, açılış və bağlanış mərasimləri ənənəvi Azərbaycan mədəniyyətini, eləcə də yarışa qatılacaq bütün idmançıları tərənnüm edəcək. Həmçinin, Bakının müasir Avropadakı yerini əks etdirəcək. Bu yaxınlarda Afina-2004 Olimpiya Oyunlarının açılış mərasiminə rəhbərlik etmiş Dimitris Papaioannou Avropa Oyunlarının açılış mərasiminin bədii direktoru, ABŞ-ın "FiveCurrents" şirkəti isə açılış və bağlanış mərasimlərinin təşkilatçısı təyin edilib.

- Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində hansı məşhurların ifası nəzərdə tutulub. Ümumiyyətlə, ölkəmizə qonaq qismində gələcək ali qonaqların siyahısı məlumdurmu?

- Avropanın bir sıra məşhur insanlarının gələn yay Azərbaycanda keçiriləcək yarışdan zövq almaq üçün Bakı-2015-də iştirak edəcəyi gözlənilir.

- Yarışda təhlükəsizlik tədbirləri necə həyata keçiriləcək və bunun üçün nə qədər insan cəlb olunacaq?

- İdmançıların, komanda rəsmilərinin, işçi qüvvəsinin və tamaşaçıların Avropa Oyunlarındakı təhlükəsizliyi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində hər kəs üçün son dərəcə vacibdi. Polis və təhlükəsizlik əməkdaşlarının sayını dəqiq deyə bilməsək də, Bakı-2015-in Əməliyyat Komitəsinin təhlükəsizlik komandasının Oyunlara cəlb olunmuş hər kəsin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycanın təhlükəsizlik xidmətləri ilə sıx əməkdaşlıq edəcəyini qeyd edə bilərik.

- Ermənistan millisinin təhlükəsizliyinə zəmanət verilib. İşğalçı ölkə yığmasının qalacağı məkan və onları mühafizə edəcək dəstə müəyyənləşibmi?

- Azərbaycan gənclər və idman naziri, Avropa Oyunlarının baş icraçı direktoru Azad Rəhimov bir sıra tədbirlərdə bəyan edib ki, Bakı-2015-in Təşkilat Komitəsi ölkəmizə gələcək bütün erməni idmançıların və rəsmilərin təhlükəsizliyinə tam təminat verir.

- Bəs indiyədək yarışdan öncə Azərbaycana gəlib, burada təlim-məşq toplanışı keçmək, Avropa Oyunlarının keçiriləcəyi obyektlərlə tanış olmaq üçün müraciətlər varmı?

- Hələlik Milli Olimpiya Komitələri Avropa Oyunları zamanı istifadə ediləcək yarış obyektlərində məşq üçün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə müraciət etməyiblər. Lakin qeyd edilməlidir ki, bir sıra idmançılar Oyunlar üçün nəzərdə tutulan kanoe sprinti, gimnastika və voleybol kimi idman növlərinin keçiriləcəyi obyektlərdə yarışmaq imkanı əldə edəcəklər.

- 2015-ci ilə sayılı günlər qalır. Bu isə o deməkdir ki, təxminən 6 ay sonra hamının gözü Azərbaycanda olacaq. Ölkəmizə gələcək komandalara və rəsmi qonaqlara təşkilatçı ölkə kimi nə demək istərdiz?

- Hər zaman yadda saxlamaq lazımdır ki, Oyunların planlaşdırılmasında bizim üçün ən əsası idmançıların və komanda rəsmilərinin keçəcəyi təcrübədi. Biz əminik ki, öz idman növlərində ilk Avropa Oyunları çempionu olmaq üçün yarışacaq bütün idmançıları dünya səviyyəli yaşayış yeri və idman obyektləri ilə təmin edə biləcəyik.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:47
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ