BMT Baş katibi Antoniu Quterrş təşkilatın nəzdində terrorizmlə mübarizə idarəsi yaratmağı təklif edib.
Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, təklifdə yeni idarəyə Baş katibin müavininin rəhbərlik etməsi nəzərdə tutulur. Quterreş deyib ki, əsas məqsəd dərhal müdaxilə tələb edən beynəlxalq terrorizmə qarşı ölkələrin daimi partnyorluğunu təmin etməkdir. Baş katib onu da deyib ki, yeni yaradılacaq idarə üzv ölkələrin heç birinin suverenliyinə xələl gətirməyəcək.
Qeyd edək ki, BMT-nin yeni təyin olunmuş Baş katibi elə ilk aylardan maraqlı ideyalar müəllifi kimi tanınmağa başlayıb. Belə ki, o, daha öncə seksual istismar və təcavüzə qarşı xüsusi işçi qrupun yaradılmasını təklif edib.