Azərbaycan Baş Prokurorluğu işğal olunmuş Qarabağ bölgəsində qanunsuz qazıntı işləri aparmaları ilə əlaqədar Ermənistan, İspaniya və Böyük Britaniyadan olan alimlərin barəsində cinayət işi açıb və İnterpola sorğu göndərib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir. Bildirilir ki, Ermənistan Milli Akademiyası Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan, İspaniyanın Milli Təbiətşünaslıq İnstitutunun elmi tədqiqatçısı Yolanda fernandes Xalvo və “Azıx layihəsi” Britaniya muzeyinin direktoru Blanford Tanyu Kinq barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi açılıb. “Adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib və onlar beynəlxalq axtarışa verilib. Azərbaycan müvafiq sorğu ilə İnterpola müraciət edib”- deyə Baş Prokurorluğun açıqlamasında deyilir.