Xocalı soyqırımının 25 illiyi ilə bağlı Qırğızıstanda tədbir keçirilib. Baki-xeber.com xəbər verir ki, paytaxt Bişkekdə təşkil edilən tədbir bir dəqiqəlik sükutla başlayıb və Quranı-Kərim oxunub.
Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucov çıxışında, Azərbaycanın, beynəlxalq ictimaiyyətin Xocalıda etnik təmizləmə aparılmasını pisləməsini, Dağlıq Qarabağ probleminin həlli və ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətindəki səylərə dəstək verməsini gözlədiyini deyib.
"Bu gün Xocalını xatırlayarkən, keçmişdə olmuş bitmiş, həll edilmiş bir qırğını anmırıq. Biz bu gün davam edən və yeni qırğınlara səbəb ola biləcək bir hücumun parçasını xatırlayırıq". Bunu isə Türkiyənin Bişkekdəki səfiri Mətn Kılıc deyib.
Kılıc dinc azərbaycanlılara qarşı soyqırım aparılmasına baxmayaraq, məhkəmə araşdırması və hər hansı bir sanksiya tətbiq olunmayan Ermənistanın, hər an yeni qırğın törətmək arzularının olduğunu ifadə edib.