Türkiyə Silahlı Qüvvələrinin artıq 14-cü gündür Suriyada terrorçulara qarşı keçirdiyi əməliyyatda ilk itkiləri qeydə alınıb.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, bu gün Türkiyə televiziyası İŞİD terror qruplaşmasının hücumu nəticəsində Türk Ordusunun 2 döyüşçüsünü itirməsi barədə xəbər yayıb. Daha 5 nəfər isə yaralanıb.
Xəbərə görə, terrorçular iki tankı raket atəşinə tutub. Nəticədə Türkiyə tərəfi itki verib.
Xatırladaq ki. Türkiyə tərəfinin iki həftədir keçirdiyi “Fırat qalxanı” adı verilmiş antiterror əməliyyatı gedişində bu, ilk itkilərdir.