Sabirabad rayonunda“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun geniş yığıncağı keçirilib. “Həmrəy olaq, hə deyək!” devizi ilə keçirilən tədbiri açıq elan edən YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında keçiriləcək referendum haqqında məlumat verərək ümumxalq səsverməsinə çıxarılacaq Konstitusiyamıza əlavə və dəyişikliklər haqqında çıxış etmişdir.
Sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu qeyd etmişdir. O, təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr vərəcəyini bildirmiş və Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu qeyd etmişdir.
Akademik Ə. Əmiraslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılan möhtəşəm uğurlardan, demokratik dövlət quruçuluğu prosesindəki geniş islahatlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı və gündən-günə çiçəklənməsindən bəhs etmişdir.
Sonra millət vəkili Elçin Quliyev çıxış edərək konstitusiyaya əlavə və dəyişikliklərin günün tələbi olduğunu bildirərək son illər regionlarda, o, cümlədən Sabirabad rayonunda görülən işlərdən və inkişafdan söz açmışdır.
Sonda Millət vəkilləri görüşdə iştirak edən ziyalılar, veteranlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırmışlar.