Çinin Xançjou şəhərində G20-lərin Sammiti çərçivəsində Rusiya prezidenti vladimir putin və ABŞ prezidenti Barak Obama arasında keçirilən ikitərəfli görüş başa çatıb.
Baki-xeber.com-un “Komsomolskaya pravda”ya istinadən xəbərinə görə, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov iki lider arasında danışıqların bir saatdan artıq çəkdiyini açıqlayıb. Onun sözlərinə görə. əsas müzakirə mövzusunu Suriya və Ukrayna məsələləri təşkil edib.
Peskov deyib ki, danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə başlayıb, lakin sonradan təkbətək formata keçilib.
Xatırladaq ki, ABŞ prezidentinin istəyilə görüş mətbuata qapalı olub.