16:51
Qırğızıstanda artıq bir idmançımız Qızıl medal qazandı! Bu, 50 kiloqramlıq çəki dərəcəsində güləşən Şəhriyar Salmanovdur. Digər güləşçilərimizin yarışları davam edir.
14:30
Artıq xəbər verdiyimiz kimi, azərbaycan idmançıları II Ümumdünya Köçəri Oyunlarında ilk medalları qazanıb. Hazırda isə daha üç güləşçimiz finala vəsiqə qazanıb. Belıəliklə, üç idmançımız Qızıl medalın bir addımlığındadır.
Ğırğızıstanda keçirilən II Ümumdünya Köçəri Oyunlarında idmançılarımız ilk medalları qazanıb.
Baki-xeber.com-un bu ölkədəki Nümayəndə heyətinin üzvlərindən aldığı məlumata görə, gümüş medalları qazax güləşi üzrə yarışmalarda Vüqar bayramov və Bəxtiyar Abbasov qazanıb. Həmin idman növü üzrə bürünc medala idmançımız Emin Həsənov sahib olub.
Daha bir bürünc medalı isə idmanın ağacdartma növü üzrə idmançımız Sultan Ağayev alıb.
Yarışlar davam edir.