Çinin Xançjou şəhərində G20 Sammiti çərçivəsində Rusiya Prezidenti Vladımır Putin və ABŞ prezidenti Barak Obama arasında görüş başlayıb.
Baki-xeber.com bu barədə RİA”Novosti”-yə istinadən xəbər verir. Xəbərə görə, görüş barədə razılıq da elə Sammit çərçivəsində əldə olunub.
Daha öncə isə xəbər verilmişdi ki, prezidentlərin görüşünə hər iki ölkənin XİN başçıları arasında danışıqlar zəmin yaradacaq. Ardınca isə Lavrov və Kerrinin Suriya məsələsində razılıq əldə etmədiyi bildirildi.