Rusiya Cənub Hərbi dairəsində “Qafqaz-2016” təlimlərinə başlayır.
Baki-xeber.com vesti.ru-ya istinadən xəbər verir ki, artıq bu məqsədlə motoatıcı rezervistlərin batalyonu Sibirdən Cənub Hərbi Dairəsinə gətirilib. Burada “Qafqaz-2016” strateji komanda-qərargah təlimləri start götürəcək. Batalyon Novosibirsk Ali Hərbi Komandanlıq məktəbinin bazasında yeni səfərbərlik sisteminin eksperimenti məqsədilə yaradılıb.
Xəbərə görə, buna qədər təlim iştirakçıları atıcılıq üzrə normativlər icra edib, psixoloji hazırlıq kursu keçib və şərti düşmənin məhv edilməsi yönündə tapşırıqlar yerinə yetirib.