G20 çərçivəsində Çinin Xançjou şəhərində səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu burada ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, təxminən bir saat çəkən görüşdə əsas müzakirə mövzusunu Fətullah Gülənin Türkiyəyə ekstradisiyası təşkil edib. Görüşdə tərəflər, həmçinin, regiondakı vəziyyət, Cerablus əməliyyatı və digər mövzularda fikir mübadiləsi aparıb. Eyni zamanda ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfəri də müzakirə mövzusu olub.
Xatırladaq ki, Fətullah Gülənin ekstradisiyası məsələsilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək. Avqustun 23-24-də isə nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.