İstanbulun Çağlayan məhəllsində bir gecə klubunda partlayış olub.
Baki-xeber.com-un DHA-ya istinadən xəbərinə görə, kluba səs bombası atılıb. Hadisə şahidlərinin verdiyi ifadəyə görə, gecə yerli vaxtla saat 01.30-da üzü maskalı iki nəfər motosikletlə klubun önündən keərkən açıq qapıdan içəri paket tullayıb. Lakin xoşbəxtlikdən, məkanın işçisi Refik T.bunu görüb və anında paketi çölə atmağa imkan tapıb. Bir neçə saniyə sonra paket boyük bir gurultu ilə partlayıb. Yaxınlıqdakı maşınların xəsarət aldığı və binaların şüşələrinin qırıldığı xəbər verilir.
Xəbərdə o da bildirilir ki, hadisə nəticəsində yaralanan 4 nəfər yüngül xəsarət alıb.