G20 zirvəsi öncəsi ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olub.
Baki-xeber.com-un “Yeni Şafak”a istinadən xəbərinə görə, bu: çevriliş olaylarından sonra iki lider arasında keçirilən ilk görüşmədir. Eyni zamanda bu görüşmə, iki lider arasında Gülənin ekstradisiyasının müzakirəsi gözlənildiyindən, daha çox diqqətləri üzərinə çəkib. Eyni zamanda görüşdə Suriya məsələsi və “Fırat qalxanı” əməliyyatının müzakirə mövzusu olacağı bildirilir.
Görüşmənin ardından mətbuat konfransının keçiriləcəyi gözlənir.
Qeyd edək ki, Obama görüşdən əvvəl Ərdoğan Almaniya kansleri Angela Merkellə də bir araya gəlib. Görüşmənin ardından hər iki lider mediaya açıqlama verib.