G20 Sammitində iştirak etmək üçün Çinin Xançjou şəhərinə gedən Rusiya prezidenti Vladimir Putin burada özünün çinli həmkarı Si Tzinpinə dondurma hədiyyə edib.
Baki-xeber.com-un “İzvestiya”ya istinadən xəbərinə görə, Rusiya prezidenti ikitərəfli görüşün əvvəlində çinli həmkarına deyib ki, Vladivostokda çinli iş adamları ilə görüşərkən onlar ölkələrində Rusiya dondurmalarının çox sevildiyini bildiriblər. “Mən söz verdim ki, səfər zamanı Sizə bir qutu dondurma gətirim. Mən vədimə əməl etdim”- deyə Putin bildirib.
Öz növbəsində Si Tzinpin Putinə təşəkkür edərək deyib ki, ailəsində Rusiya dondurmalarını çox sevirlər. O üzdən Rusiyaya hər səfərində ona dondurma alınmasını xahiş edir.
Xatırladaq ki, Putinin Vladivostokda çinli iş adamları ilə görüşü barədə biz də yazmışdıq və bildirmişdik ki, iş adamları bu məhsulun ölkələrinə göndərilməsində çətinliklərlə üzləşdiklərini görüş zamanı Putinə çatdırıblar.