Antalya sahillərində turist gəmisi batıb.
Baki-xeber.com-un “Hürriyet”-ə istinadən xəbərinə görə, nəticədə 38 nəfər xəsarət alıb. 2 nəfər Türkiyə vətəndaşı isə itkin düşüb.
Agentliyin xəbərinə görə, Fövqəladə hallar xidməti 82 nəfəri evakuasiya edib. Hazırda itkin düşmüş 2 nəfərin axtarış işləri davam edir.