Prezident İlham Əliyev sentyabrın 3-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Baki-xeber.com-un xəbərinə görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Dövlət başçısının bölgəyə səfəri çərçivəsində Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan, Salyanın “Babazənan” yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən yeni körpü istifadəyə verilib. Prezident İlham Əliyev körpünün açılış mərasimində iştirak edib. Dövlət başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.
Azərbaycan Prezidenti körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 31-54 kilometrlik hissəsi istismara verildi
Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 21,4 kilometrlik (31-ci kilometrdən 54,4 kilometrədək) hissəsinin açılışında iştirak edib. Dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verilib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Salyanda pambıq sahələrinə baxıb
Prezident İlham Əliyev Salyanda pambıq sahələrinə də baxıb.
Dövlət başçısı pambıqçılarla görüşərək söhbət edib.