Qırğızıstan Respublikasının İssık-kul gölü yaxınlığındakı Çolpon-Ata şəhərində İİ Dünya Köçəri Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, açılış mərasimində Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev çıxış edərək qonaqları salamlayıb, idmançılara yarışmalarda uğurlar arzulayıb.
Qeyd edək ki, Oyunlarda iştirak etmək üçün Çolpon-Ata şəhərinə dünyanın 62 ölkəsindən 25 idman növünü təmsil edən idmançılar gəlib.
Azərbaycanın nümayəndə heyətindən aldığımız xəbərə görə, idmançılarımız yarışmalarda fəal şəkildə iştirak edir.