Türkiyə Silahlı Qüvvələrinin 20-yə yaxın tankı Suriya sərhədini keçərək Kilisə doğru hərəkət edib.
Baki-xeber.com DHA-ya istinadən xəbər verir ki, zirehli texnika Azad Suriya Ordusunun nəzarətindəki Əl-Rai kəndinə yerləşib. Zirehli texnikanın tərkibində 20 tank, bir neçə transportyor və onların şəxsi heyəti və silah və sursat dolu yük maşınları var.
TRT telekanalı xəbər verir ki, bugünkü texnikanın gəlişini “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi adlandırmaq olar. Bu texnikanın dislokasiya olunduğu yer Cerablusdan 50 kilometr qərbdə yerləşir. Sərhədin keçildiyi ərazidən 30 kilometr aralıda isə İŞİD-in nəzarətində olan Əl-Bab şəhəri yerləşir və bu şəhər terrorçu qruplaşmanın əsas dayaq nöqtələrindən biri sayılır.