Özbəkistanın dünyasını dəyişmiş 78 yaşlı prezidenti İslam Kərimov doğulduğu Səmərqənd şəhərində tarixi Xıdır-Zində qəbiristanlığlnda torpağa tapşırılıb.
Baki=xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, matəm mərasimində MDB məkanının bir çox dövlət və hökumət rəhbərləri iştirak edib. Ölkədə üç günlük matəm elan olunub, dövlət bayraqları yarıyadək endirilib.
Lakin matəm mərasimdə əsas diqqət çəkən məqam mərhum prezidentin böyük qızı Gülnarə Kərimovanın gözə dəyməməsi olub. 2013-cü ildən atasının qəzəbinə gələrək ev dustağı edilən Gülnarə, belə görünür, atasının yoxluğunda da dustaqlıqdan yaxa qurtara bilməyib, dəfn mərasiminə gəlməklə olsa belə...