Royal Flight aviakompaniyasının 9 aylıq fasilədən sonra ilk çarter reysi Antalya aeroportunda gül-çiçəklə qarşılanıb.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, Rusiyadan gələn 309 nəfər turisti Antalya valisi Halil Serdar Ceheroğlunun başçılıq etdiyi heyət qarşılayıb. “Rusiyalı turistlər Türkiyə üçün, biz isə rusiyalı turistlər üçün darıxmışdıq”- deyə vali bildirib. Sıcaq görüşün ardından turistlər otellərə yerləşdirilib.