Rusiyanın TASS İnformasiya Agentliyi Azərbaycanda seçkiqabağı kampaniyanın çox sakit və hər hansı siyasi qarşıdurma olmadan keçdiyini yazır. Secki-2015.az saytının məlumatına görə, yazıda bildirilir ki, bu, səsvermə prosesinin də insidentsiz başa çatacağını deməyə əsas verir.
Yazıda deyilir: "Azərbaycanda şəffaf seçkilər keçirmək üçün hər şey hazırdır. Səsvermə 125 dairə üzrə 5415 məntəqədə baş tutacaq. Seçkilərdə 63,5 min gənc ilk dəfə səs verəcək. Ümumi səsvermədə iştirak edənlərin sayı isə 5,1 milyon nəfər olacaq. Şəffaflığı təmin etmək üçün məntəqələrin 20 faizində müşahidə kameraları quraşdırılıb”.