Rusiyaya məxsus təyarənin Misirdə qəzaya uğraması və 224 nəfərin faciəli şəkildə dünyasını dəyişməsinə görə ölkədə noyabrın 1-i matəm elan olunması ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva RAGB-in VI Forumuna həsr olunmuş konsertinin təxirə salınmasına qərar verib.
Qeyd edək ki, Rusiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Misir yaxınlığında qəzaya uğrayıb, nəticədə 224 nəfər sərnişin və ekipaj üzvü həlak olub, ölkədə matəm elan olununb.