"Noyabrın 1-də baş tutacaq seçkilərdə 4 təşkilat "exit-poll” keçirəcək”. Baki-xeber.com-un Secki-2015.az saytına istinadən xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "exit-poll” keçirəcək təşkilatlardan ikisi yerli, ikisi xaricidir: "Onlardan biri Fransa təşkilatıdır. Bu təşkilatların seçkilərdə "exit-poll” keçirmək təcrübəsi genişdir və onlar təlimata uyğun olaraq məntəqələrin yaxınlığında fəaliyyət göstərəcəklər”. M. Pənahov əlavə edib ki, noyabrın 1-də saat 7:30-dan başlayaraq məntəqələrdə canlanma başlayacaq: "Saat 8:00-da isə müşahidəçilərin və media nümayəndələrinin iştirakı ilə məntəqələrdə səsvermə prosesi başlayacaq”.