Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə təhlükəsizlik konfransı çərçivəsində İranı ərəb ölkələrinə rejimi dəyişmək yönündə səylərinə görə "İslam dövləti” terrorçu qruplaşması ilə müqayisə edib. Baki-xeber-in gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə Reuters xəbər yayıb.
"İranın fəaliyyəti İŞİD-in fəaliyyətindən heç də az təhlükəli deyil” – deyə agentliyə açıqlamasında Bəhreyn XİN rəhbəri bildirib. Onun sözlərinə görə, üsyançı husilər silahı yerə qoyarsa və danışıqlar masasına oturarsa, onların Yəməndə "gələcəyi var”.